Bu gün:

Nurettin Akat kimdir?


Türk rəssam Nurettin Akat 1892-ci ildə Geliboluda anadan olub.

1914-cü ildə mühəndislik fakültəsini bitirib polkovnik rütbəsinə yüksəldi. Təlimini öz səyləri ilə davam etdirən sənətçi güclü bir müşahidəyə və təmkinli bir fırçaya sahib olub.

Birinci Dünya müharibəsində və İstiqlal müharibəsində iştirak edən rəssam bu günlərdə də sənətindən əl çəkməyib və təhsilini davam etdirib. Bir çox qrup sərgilərində iştirak etmişdir. 

Əsasən İstanbul mənzərələri üzərində işləyən sənətkar impressionizmə meylli bir üsluba sahib idi, lakin yumşaq rənglərə üstünlük verirdi.

Xüsusilə İstanbulda adalarda  , sahil və ətraf bölgələrdə əsərləri var. Əsərləri nadir olsa da, bəzən auksionlarda tapılır və alıcı tapır. Əsərlərinin çoxu korporativ və şəxsi kolleksiyalardadır.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et