Bu gün:

Necə daha pozitiv ola bilərsiniz?


Pozitivlik həyata optimist baxışı saxlamaqdan ibarətdir. Bu, hətta çətinliklərlə üzləşdiyimiz zaman da şən və ümidli olmaqdır. Pozitiv insanlar hər vəziyyətdə bir yaxşılıq axtarıb sahib olduqlarına görə minnətdardırlar. Onlar stəkanı yarı boş yerinə yarı dolu görməyə meyillidirlər. 

Pozitiv olmaq o demək deyil ki, siz heç vaxt neqativ emosiyalar hiss etməyəcəksiniz və ya pessimist fikirlərlə mübarizə aparmayacaqsınız. Hər kəsin özünü pis hiss etdiyi, ruhdan düşdüyü günlər olur. Fərq ondadır ki, müsbət düşüncəli insanlar mənfi emosiyaların onları idarə etməsinə icazə vermirlər. Gündəlik həyatınızda isə daha pozitiv olmaq üçün edə biləcəyiniz bir neçə şey var.

Minnətdar olduğunuz şeylərin siyahısını tərtib edərək sizi xoşbəxt, rahat hiss etdirən bir neçə şeyi qeyd edin. Burada yer üzünü sarsıdacaq müşahidələr nəzərdə tutulmur. Bu, gözəl, günəşli bir gündə çalışarkən pişiyinizin sizinlə oynamaq istəməsi kimi sadə bir şey də ola bilər.

Sevdiyiniz kitab mağazasına baş çəkmək, dostlarınızla bir fincan qəhvə içib axşam parkda gəzmək və ya sevdiyiniz kitabı oxumaq sizi pozitiv qalmağa kömək edəcəkdir.

Həddindən artıq stressli hiss etdiyiniz vaxtlarda dərin bir nəfəs alıb ana fokuslanmağa çalışın. Bu sizə daha yaxşı hiss etdirəcək. 

Xoşbəxt hiss etmirsinizsə, özünüzü gülümsəməyə məcbur etmək, həqiqətən də daha yaxşı hiss etməyinizə səbəb ola bilər. Gülümsəmə xoşbəxt və rahat hiss etməyinizə kömək edir.

Özünüzə dediyiniz sözlərdə də diqqətli olmalısınız. Tədqiqatçılar müəyyən ediblər ki, negativ fikirləri bir kənara qoyub pozitiv düşüncələrə köklənmək stressinizi azaltmağa kömək edə bilər.


Mənbə: Verywellmind

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et