Bu gün:

İmmunitetin gücləndirilməsinin yolu: Qlutathione, selenium, B2 və B6 vitaminləri


İmmun sistemimiz orqanizmimizi hər cür bakteriya və viruslardan qoruyan və şəfa prosesini təmin edən sistemdir. Xaricdən gələn təhdidlər ilk olaraq bu müdafiə sistemi ilə qarşılaşır. Birinci mərhələni keçməyə müvəffəq olan təhlükələr orqanizmimizi bundan sonra xəstə edə bilər. Lakin müdafiə sistemimiz nə qədər güclü olsa, xəstəliklərə qarşı bir o qədər dözümlü oluruq. Daxili Tibb Mütəxəssisi Dr. Pınar Balcı immunitet sistemimizi gücləndirmək üçün nələr edə biləcəyimizi izah etdi.

İmmunitet sistemimizin möhkəmliyi genetik quruluşumuzdan, eləcə də həyat tərzimizdən asılıdır. Qidalanmamızda antioksidantlarla zəngin olan qidaları daxil etmək, gün ərzində aktiv həyat tərzini mənimsəmək, müntəzəm olaraq idmanla məşğul olmaq, kifayət qədər vaxt yatmaq güclü immun sistemi üçün mütləq zəruri olan əsas şərtlərdəndir. 

İmmun sistemimizi necə gücləndirə bilərik?

Bütün bu faktorlarla yanaşı, bəzi əlavələr də var ki, immun sistemimizi gücləndirmək üçün dəstək ola bilər. Bunlardan ən görkəmlisi qlutathione, selenium, Vitaminlər B2 və B6.

Qlutathione bədənimizin mahir antioksidantı kimi tanınır. Hüceyrə və orqanları zərərli toksinlərdən və oksidləşdirici zərərlərdən qoruyur. Həmçinin orqanizmdə E və C vitamini kimi antioksidantların dəfələrlə istifadə olunmasını təmin edir. Bu xüsusiyyətlərlə immun sistemimiz mümkün təhlükələrə daha güclü cavab verməyə imkan verir. İnfeksiyalara qarşı daha çox qorunmağa və müqavimət göstərməyə imkan verir. Həmçinin qaraciyərin toksin təmizləmə proseslərini dəstəkləyir, detoksikasiya proseslərinin davam etməsinə imkan verir. Bədənin toksin yükünün aşağı olması bizi virus infeksiyalarına qarşı daha dözümlü edir. Bu infeksiyalar qışda daha çox rast gəlinir. 

Seleniumgüclü antioksidant təsirə malikdir. Qlutathionenin bədənimizdə öz funksiyasını yerinə yetirməsi mütləqdir. İmmunitet sistemini gücləndirir.

B2 vitamini, yəni riboflavin istifadə olunan qlutathioneni emal edir və yenidən işə salır. Vacib antioksidant və iltihab əleyhinədir.

B6 vitamini çatışmazlığı immunitetin zəifləməsi ilə əlaqədardır. İmmunitetimizi dəstəkləmək olduqca vacibdir.

Enerji ehtiyatlarının təmin edilməsi üçün zəruridir

İmmun sistemi orqanizmimizdəki enerji mağazalarının əksəriyyətindən istifadə etməklə işləyir. Bədənimizdə güclü immun sisteminin enerji sərfiyyatı olduqca yüksəkdir. Buna görə də hüceyrələrimizdə enerji istehsalı mənbələri olan mitoxondrilərimizin kifayət qədər enerji istehsal edə bilməsi immun sisteminin ehtiyac duyduğu enerjinin təminatı üçün çox vacibdir. Mitoxondrilərimizin sağlam olması və kifayət qədər enerji istehsal edə bilməsi üçün immun sistemimizin güclü olması böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə bizim mitoxondrilərdə enerji istehsalını təmin edən molibden və piroloquinolin quinone (pqq) kimi dayaqlar ön plana çıxır.

Mənbə: PembeNar

Tərcümə etdi: Samirə Kərimli

Paylaş
Şərh əlavə et