Bu gün:

Meqa trendlər


Doğru rəhbərliklə qurulan korporativ mədəniyyətin təşkilatlar üçün hər zamankindən daha vacib olduğu müasir dünyada; Cəmiyyətlərə, biznesə və dövlət siyasətinə dərindən təsir edən mühüm dəyişiklikləri müəyyən edən və idarə edən bir sıra "Meqatrendlər" mövcuddur.


Cəmiyyətlər karbon emissiyalarını azaltmaq yollarını tapmaqda mübarizə apardıqca, atmosferdəki istixana qazlarının səviyyəsi pisləşir, qlobal temperatur yüksəlir və təbii fəlakətlər daha tez-tez və şiddətli olur. Daha fərdi səviyyədə iqlim hadisələri mənzil itkisinə, yaşayış xərclərinin artmasına, su və enerji çatışmazlığına, sosial zorakılığın artmasına və resurs çatışmazlığı səbəbindən sağlamlıq risklərinə səbəb olur.


Şirkətlər və ya daha geniş mənada biznes üçün bu, biznesin kəsilməsinə və tədarük zəncirinin pozulmasına qarşı biznesin əsaslı şəkildə yenidən qurulması ehtiyacını yaradır.

2024-cü ildə iş dünyasını nə gözləyir?

Rəqəmsal texnologiyalar sayəsində işçilərin bacarıqları dəyişəcək : Əksər işçilər işlərinin əhəmiyyətli dərəcədə dəyişəcəyinə inanırlar, lakin bu dəyişikliyin necə baş verəcəyi barədə dəqiq təsəvvürləri yoxdur.

Liderlər yeni idarəetmə bacarıqlarını inkişaf etdirməlidirlər: Dünyamız "Meqa trendlər"-in təsiri altındadır, belə bir dünyada qısamüddətli maliyyə məqsədləri sağ qalmaq istəyən şirkətlər üçün qeyri-adekvat bələdçidir.

Sosial rifah səviyyəsində köklü dəyişiklik olacaq : Yaş və əhalinin artımı digər Meqa trendlərin dinamikasını və mənfi nəticələrini sürətləndirə biləcək güclü amillər kimi önə çıxır.

Dost ölkələrlə əməkdaşlıq artacaq : Qlobal təchizat zəncirlərində artan risk, asılılıqlar və kritik resurslara çıxışla bağlı narahatlıqlar ölkələrin diqqətini sosial dayanıqlığa və yerliləşdirməyə yönəldə bilər.

Sosial sabitliyin olmaması daha çox hiss olunacaq: İqlim dəyişikliyi, texnologiya və digər qlobal hadisələr nəticəsində pozulmaların artacağı gözlənilir.


Mənbə: oggusto.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et