Bu gün:

İlk türk qadın döyüşçü pilot: Sabiha Gökçen


İlk türk qadın döyüşçü pilot: Sabiha Gökçen

"Uçmağı öyrəndiyim üçün azad olmağı sevirəm"

Sabiha Gökçen Türkiyənin qurtuluş və tərəqqi yolunda önəmli bir ad kimi önə çıxır. Onun hekayəsi cəmiyyətdə bərabərlik və uğur uğrunda mübarizə aparan qadınların güclü nümunəsidir. Sabiha Gökçen Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın pilotu olmaqla yanaşı, Türkiyədə uçan ilk qadın pilot olub. Bu, qadınların o dövrdə kişilərin dominant olduğu bir sahədə mövcud ola biləcəyini sübut etdi və digər qadınlara həvəs verdi.

Sabiha Gökçenin ailəsi və təhsili

Sabiha Gökçenin hekayəsi uşaqlıq illərində yaşadığı çətinliklərlə başlayır. 1913-cü il martın 23-də Bursada anadan olub. O, Türkiyə Qurtuluş Savaşının liderlərindən olan Mustafa Kamal Atatürkün övladlığa götürülmüş qızıdır. Gənc yaşda valideynlərini itirən Sabiha böyük qardaşı Neşet tərəfindən böyüdüldü. O zaman cəmi 12 yaşında ikən Bursaya səfəri zamanı evlərinin yaxınlığındakı Hünkar Köşkündə qalan o vaxtkı prezident Atatürkə yaxınlaşıb oxumaq istədiyini söyləyib.

Atatürk qardaşından icazə alaraq ağır şəraitdə yaşayan Sabihanı övladlığa götürərək Ankaraya aparır.

Ankaraya köçdükdən sonra Çankaya İbtidai məktəbində oxuyan Sabiha, daha sonra Arnavutköy Amerikan Qızlar Kollecində, indiki Robert Liseyində və Üsküdar Amerikan Liseyində təhsilini davam etdirib. Lakin səhhətində yaranan problemlərə görə təhsilini yarımçıq qoymalı, Heybeliada və Vyanada müalicə almışdı. Fransız dilini təkmilləşdirmək üçün Parisdə də bir müddət keçirdi.

Soyad Qanunu qəbul edildikdən sonra 1934-cü ildə Mustafa Kamal Sabihaya "Gökçen" soyadını verdi. Bu soyad seçimi onun səmada sərbəst uça bilməsi və sərhədləri aşması deməkdir. Sabiha Gökçenin soyad seçməsi qadınların cəmiyyətdə bərabərlik və azadlıq mübarizəsinin simvoluna çevrilib.

Sabiha Gökçen 1936-cı ildə Türk Hava Qurumunun açdığı pilotluq kursuna qatılıb və müvəffəqiyyətlə bitirib. Beləliklə, o, Türkiyədə uçan ilk qadın pilot oldu. Daha sonra Türkiyə Hava Qurumunda pilot vəzifəsində çalışmış və müxtəlif uçuş missiyalarını uğurla yerinə yetirmişdir.

Gökçenin uçuş təlimindəki uğuruna görə Atatürk ona dedi: Məni çox sevindirdin... İndi sənin üçün nə planladığımı izah edə bilərəm... Bəlkə də dünyanın ilk hərbi qadın pilotu olacaqsan... Bir türk qızının dünyanın ilk hərbi qadın pilotu olması nə qədər qürurvericidir." 

Həmin illərdə qızlar hərbi məktəblərə qəbul olunmadığı üçün onlara xüsusi geyim forması geyindirilir və 1936-1937-ci illər arasında Əskişəhər Uçuş Məktəbində 11 ay xüsusi təlim keçib.

Sabiha Gökçenin karyerası

Sabiha Gökçen Türkiyə Hərbi Hava Qüvvələrində də xidmət edib. II Dünya Müharibəsi illərində hərbi pilot kimi xidmət edib və müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib. O əldə etdiyi nailiyyətlərə görə müxtəlif medallar alıb və Türkiyə Respublikası tərəfindən “Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın pilotu” adına layiq görülüb.

Sabiha Gökçenin nailiyyətləri sübut etdi ki, qadın sərhədləri aşa və hər sahədə uğur qazana bilər. O, təkcə pilot deyil, həm də Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edərək cəsarətlə və fədakarlıqla xidmət edib. Onun İkinci Dünya Müharibəsi illərində hərbi pilot kimi fəaliyyəti qadınların təkcə evdə deyil, həm də döyüş meydanında iştirak edə biləcəyini göstərən mühüm addım idi. Sabiha Gökçenin cəsarəti və qazandığı nailiyyətlər təkcə öz nəslini deyil, gələcək nəsilləri də təsirləndirmiş, qadınları öz arzularını reallaşdıra biləcəklərinə inandırmış, təkcə Türkiyədə deyil, bütün dünyada qadınların ilham mənbəyinə çevrilib.

Sabiha Gökçen təqaüdə çıxdıqdan sonra Türkiyədə müxtəlif mülki aviasiya layihələrində iştirak edib və bir çox insanı aviasiya sahəsində ruhlandırıb. 22 mart 2001-ci ildə İstanbulda vəfat edib. Sabiha Gökçen Türkiyə aviasiya tarixində uğurları və cəsarəti ilə tanınan sima kimi yadda qalıb.

Mənbə : Binyaprak

Tərcümə etdi : Aysel Aslanova 

Paylaş
Şərh əlavə et