Bu gün:

"Instagramı" kim yaratdı?


Instagram

Instagram günümüzün ən böyük sosial media tətbiqlərindən biridir. İnstagramın ixtirasında Kevin Systrom və Mike Kriegerin rolu çox böykdür. Instagram-ın mobil tətbiqi 2010-cu ildə istifadəyə verilib.

Kevin Systrom 1983-cü ildə anadan olub. Elm və mühəndislik menecmenti üzrə təhsilini başa vurduqdan sonra marketinq meneceri kimi işə başlayıb. Bundan əvvəl o, Odeo Şirkətində (Twitter) təcrübə keçib. Instaqrama part-time üzərində işlədiyi bir layihə olaraq başladı. Daha sonra işini buraxdı və Instaqramı inkişaf etdirmək üçün tam işləyib. 

1986-cı il təvəllüdlü Mayk Kriqer İnstagram-ın həmtəsisçisi olub. O və Kevin Maykın simvolik sistemləri öyrəndiyi Stenford Universitetində bir-birləri ilə tanış oldular. O, oxuyarkən Mayk çox maraqlı bir proqram hazırladı və bu, fotoşəkil paylaşma layihəsi idi. Qışda günəş işığının şəkillərini göndərərək hər kəsi şənləndirmək üçün hazırlanmışdır.

Instagramın yaradılması və inkişafı

Kevin kodlaşdırma bacarıqlarını inkişaf etdirən bir marketinq həvəskarı idi. Kodlaşdırma üzərində işlədikdən sonra o, Burbn tətbiqini inkişaf etdirdi. İnsanlar Burbn istifadə edərək yerlərini yoxlaya bilərdilər. Nəhayət, Kevin Burbn-i dostları ilə müzakirə etdi. Dostlarının çoxu VC firmalarında işləyirdi. VC firmaları ilə görüşdükdən sonra işini tərk etdi və 500.000 dollar topladı. Bu başa çatdıqdan sonra Kevin işə götürmək qərarına gəldi və komanda qurdu. Mayk Krigeri işə götürdü. Kevin tətbiqini bazarda fərqləndirməli olduğunu düşündü. Beləliklə, o, "şəkillərlə ünsiyyət" məqsədini qoymağa qərar verdi. Sonradan, o, bütün digər xüsusiyyətləri sildi və yalnız fotoşəkil yükləməyi, şərhləri və bəyənmələri saxladı. Kevin və Mayk fotoşəkillər üzərində işləyən və insanlarla ünsiyyət quran "ani kamera" və "teleqram" olduğunu düşündükləri üçün "Instagram" adını inkişaf etdirdilər. Instagram istifadəsi kəskin şəkildə artdı və o ən yaxşı fotoqrafiya tətbiqlərindən birinə çevrildi.

Mənbə: javatpoint.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş