Bu gün:

Gündə iki fincan qəhvə içsəniz nə baş verər?



Bəzi insanlar ancaq əsəbi hiss etdiklərindən qəhvə içsələr də, bir çoxları gününü qəhvəsiz keçirə bilmir.  Çox qəhvə içməyin bəzi xoşagəlməz yan təsirləri olsa da, lazımi miqdarda qəhvə içmək sağlamlığınız üçün müsbət təsirlər  yarada bilər.  Tibb mütəxəssisləri hesab edirlər ki, gündə 2-3 stəkan qəhvə içmək ideal miqdardır. 

Böyrəklərinizə xeyirlidir

Səhər sizi oyandırmaqla yanaşı, qəhvə böyrəklərlə bağlı müxtəlif xəstəliklərin qarşısını almağa kömək edə bilər.  Tədqiqatlar göstərib ki, gündə 2-3 fincan qəhvə içmək böyrəklərin qəfildən bütün funksiyalarını və ya bir qismini itirdikdə kəskin böyrək zədələnməsi riskini azaltmağa kömək edə bilər.  Tədqiqatçılar qəhvənin tərkibindəki bəzi bioaktiv birləşmələrin böyrəklərdə oksigen istifadəsini yaxşılaşdırmaqla böyrəklərin daha səmərəli işləməsinə kömək etdiyini söyləyirlər.Dərinizi parlaq edə bilər.

Dərinizi parlaq edə bilər

 Dəriyə qulluq rejiminə riayət etmək və düzgün məhsullardan istifadə etmək qüsursuz dəri əldə etməyə kömək edə bilər və qəhvə içmək dərinizin sizə təşəkkür edəcəyi bir vərdiş ola bilər.  Bunun səbəbi, qəhvənin antioksidantlarda və digər antiinflamatuar birləşmələrdə yüksək olmasıdır, buna görə də dərinizi zərərli sərbəst radikallardan qoruya bilər və dərinizi daha uzun müddət gənc və parlaq saxlamağa kömək edə bilər.

Ürəyinizə fayda verə bilər

 Qəhvə ürək döyüntüsünü sürətləndirsə də, onu orta səviyyədə içmək insult riskinizi azalda bilər.  Hər gün 1-2 stəkan qara qəhvə  içmək ürək-damar sağlamlığınız üçün faydalıdır və ürək çatışmazlığı riskini azaldır.  Ancaq qəhvə fincanınızın kofeinli olduğundan əmin olun.  Əslində, kafeinsiz qəhvəyə üstünlük vermək sağlamlıq üçün bəzi xoşagəlməz nəticələrə səbəb ola bilər.

Ömrü uzatmağa kömək edə bilər

 Həddindən artıq qəhvə içmək olduqca təhlükəli yan təsirlərə malik olsa da, lazımi miqdarda qəhvə içmək əksinə ola bilər.  Çünki gündə 2-3 fincan qəhvə içmək ürəyinizi sağlam saxlaya bilər, yəni əslində daha uzun yaşamanıza kömək edə bilər.

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova




Paylaş
Şərh əlavə et