Bu gün:

Təhsil ekspertindən ağıllı lövhələrə münasibət


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Sosial Tədqiqatlar mərkəzinin əməkdaşı, elm və təhsil müəssələri üzrə tədqiqatçı Elmin Nuri.


-Təhsil müəssələlərində ağıllı lövhələr nə dərəcədə yaxşı quraşdırılıb?

-Ağıllı lövhələr 21-ci əsrin təhsil standartlarının tələblərinə cavab verən əsas mexanizmdir. Ağıllı lövhələr informasiyanı daha yaxşı, çevik formada qəbul etmək və daha rahat şəkildə emal prosesini həyata keçirir. Ağıllı lövhələrin əsas funksiyası dərslərin elektron bazası rolunu oynamaqdır. Ağıllı lövhələrlə klassik lövhələr arasında olan fərq gözardı edilə bilməz. Təkcə texniki cəhətdən deyil, həmçinin dərsin qavranılmasında da özünü göstərir. Əfsuslar olsun ki, bu bütün tədris mərkəzlərində deyil, daha çox özəl liseylərdə geniş yayılmışdır. 

Problemin əsası isə cəmiyyətin bu problemi qabartmamasıdır, bu lövhələrin mövcud olduğu və olmadığı məktəblərə baxsaq, uşaqlar tərəfindən eyni mövzunun qavranılmasında olan fərqi görmək mümkündür. Bu lövhələrin olmadığı məktəblərdə valideynlər “məktəbimiz ağıllı lövhələrlə niyə təchiz olunmayıb” əvəzinə lövhələrin mövcud olduğu məktəbdə valideynlər “bu lövhələr uşaqların gözünə zərərlidir”  problemini ortaya qoydular. Elektron lövhələrin sinif otaqlarında düzgün quraşdırılması vacibdir, nə çox hündürdə nə də aşağıda olmalıdır. Bu detala fikir verildikdə isə heç bir zərərli nəticə olmayacaqdır.

 Azərbaycanda 4432 orta təhsil müəssəsi var, ağıllı lövhələrin bütün məktəblərdə qısa müddət ərzində quraşdırılması mümkün deyil, ən azı 20%-də quraşdırılmalıdır. 

Eyni zamanda Elmin Nuri bu problemin vacib olduğunu və bu barədə ilk dəfə 24media.az- a danışdığını bildirib.

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et