Bu gün:

Uilyam Hammer kimdir?


Danimarkalı rəssam Uilyam Hammer 1821-ci ildə Kopenhagendə anadan olub. 1833-1839-cu illərdə Danimarka Kral Gözəl Sənətlər Akademiyasında oxudu.

1860-cı ildə "Grain and Fruit under an Apple Tree" (alma ağacının altındakı taxıl və meyvələr) rəsminə görə Torneyd medalı ilə təltif edildi. Eyni dövrdə Hammer, Michael Gottlieb Bindesbellin rəhbərlik etdiyi Torvaldsen muzeyindəki otaqların dizaynında iştirak etdi.

Sonrakı dövrdə arxeoloji tapıntıları araşdırmaq üçün İtaliyaya getdi.

Bu tədqiqatlar 1887-ci ildə nəşr olunan "qədim gil lampalar haqqında" kitabında dərc edilmişdir. Hammerin böyük qardaşı Hans Jorgen Hammer (1815-1882) də rəssam idi.

İşində fırçanın diqqətli və detallı istifadəsi ilə tanınırdı.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et