Bu gün:

Friedrich Von Amerling kimdir?


Avstriyalı akademik klassik rəssam Friedrich Von Amerling 1803-cü ildə Vyanada anadan olub.

1815-1824  illər arasında Vyana Rəssamlıq Akademiyasında çalışıb. Müəllimləri tarixçi rəssamlar Hubert Maurer və Karl Gzelhofer idi.

1824-1826-cı illərdə Praqadakı Rəssamlıq Akademiyasında oxuyub. 1827-ci ildə Londona köçdü; bir il Londonda qaldı. Burada Sir Thomas Laurence ilə tanış oldu və sonrakı iyirmi il ərzində bir-birlərinin rəsmlərinə təsirini ötürdülər.

Sonra Roma və Parisdə olduqdan sonra Amerling rəsmi çağırışla Vyanaya qayıtdı. 1829-cu ildə Vyana Akademiya mükafatını qazandı. Tez-tez səyahət edən sənətçi 1836-1838-ci illərdə İtaliya və Hollandiyanı ziyarət etdi., 1839 - cu ildə Münih, 1840-1843-cü illərdə Roma, 1882-ci ildə İspaniya, 1883-cü ildə İngiltərə, 1884-cü ildə Yunanıstan, 1885-ci ildə Skandinaviya və 1886-cı ildə Misir və Fələstini ziyarət etdi.

Friedrich von Amerling portret sənətini akademik üslubda öyrənmişdir. Akademiyada portret tədqiqatları ilə məşğul idi. Vyana cəmiyyətinin bir çox nümayəndəsinin portretlərini çəkdi və modellərinin şəxsiyyətlərini ustalıqla ələ keçirdi. 1887-ci ildə vəfat edənə qədər akademiyada bu vəzifəni tutdu. 1000-dən çox əsəri, əsasən portretləri var.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et