Bu gün:

Albin Egger Lienz kimdir?


Avstriyalı realist rəssam Albin Egger Lienz 1868-ci ildə Lienz yaxınlığındakı Delsachda anadan olub. Rustik üslubun üstünlük təşkil etdiyi tarixi rəsmlər üzərində işləyirdi.

Ferdinand Hodlerin təsiri altında rəsmi dilini monumental abstraksiyaya yönəltdi.

Əvvəlcə atası (kilsə rəssamı) tərəfindən təhsil alan sənətçi daha sonra Münihdəki bir Akademiyada oxudu və burada Franz Defregger və fransız rəssamı Jean-François Milletdən təsirləndi.

1899-cu ildə Vyanaya köçdü. 1911-1912-ci illər arasında Veymardakı Veymar Saksoniya-böyük knyazlıq İncəsənət Məktəbində professor vəzifəsində çalışmış və  Birinci Dünya Müharibəsi  zamanı  savaş rəssamı olaraq çalışmışdır.

1918-ci ildə Vyana Akademiyasından gələn professorluq təklifini rədd etdi və Cənubi Tirolda yerləşdi. Egger-Lienz 4 noyabr 1926-cı ildə St Justina-Rentsch İtaliyanın Bolzano şəhərində vəfat etdi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et