Bu gün:

İstedadlı uşaqlar necə müəyyən edilir?


İstedadlılıq anlayışı çox mübahisəlidir. İQ testindən keçib 97-dən yuxarı bal toplayan uşaqların istedadlı hesab olunması ilə bağlı ümumi fikir var. San-Pauluda yaşayan altı yaşlı Teo Kosta Ribeyro da bu uşaqlardan biridir. 

Teo ilk sözlərini 6 aylıq ikən deyib, 18 aylıqda cümlələr qurmağa başlayıb və uşaq bağçasına verilib. Teonun atası İqor Ribeyro dedi: “O, bir söz görəndə bizdən hər hərfin nə olduğunu soruşardı. Davamlı suallar verirdi. Heç biri axmaq suallar deyildi” deyir.

 İstedadlılığın əlamətlərini müəyyənləşdirməyin yolu  yaxşı proqnozlaşdırıcı hesab edilsə də, erkən yetişmə uşağın istedadlı olması demək deyil. Bunu yalnız bir sıra testlərdən, o cümlədən uşağın intellektual qabiliyyətini ölçmək məqsədi daşıyan IQ testindən sonra müəyyən etmək olar. Ölçmə psixoloqlar, neyropsixoloqlar və pedaqoqlar kimi mütəxəssislər tərəfindən aparılır.

 Bununla belə, uşağın istedadlı olduğunu göstərən bəzi xüsusiyyətlər var:

• Çoxlu maraq
• Yaşından artıq söz ehtiyatı
• Yüksək intellektual potensial
• Liderlik, özünə inam
• Heyrətamiz bir yaddaş
• Yaradıcılıq
• Fikirləri uyğunlaşdırmaq və ya dəyişdirmək bacarığı
• Məlumatlı müşahidələr
• Məqsədə çatmaqda əzmkarlıq


İstedadlı kimi müəyyən edilə bilməyən uşaqlar məktəbə marağını itirə və davranış problemləri göstərə bilər. Neyroloq Dr. Fabiano de Abreu dedi: “İstedadlı uşaqlar kifayət qədər stimullaşdırılmadığı üçün məktəbdə yaxşı qiymət almayan çoxlu sayda istedadlı uşaqlar var. Bəzən təkrarlanan tədris üsulları və ya sinif quruluşu belə uşaqları narahat edir və onlar öz istedadlarını inkişaf etdirə bilmirlər”.

Braziliyanın istedadlılar şurasına görə, belə insanlar iki qrupa bölünür. Birincisi, yaxşı qiymətlər alan və elmi məlumatları öyrənməkdə üstün olan “akademik” qrupdur. Digər qrup isə “yaradıcı və yaxud məhsuldar” adlanır.

 Psixoloq Priscila Zaia, “Bir insanın istedadlı sayılması üçün o, həm də emosional və sosial cəhətdən müəyyən xüsusiyyətlər nümayiş etdirməlidir. Belə insanlar çox daha həssas və empatikdir, ədalət hissi yüksəkdir, çox müşahidəçidir və detallara fikir verir".

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et