Bu gün:

Süni intellekt sayəsində “fərdiləşdirilmiş tibb” dövrü başlayacaqmı?


Mütəxəssislər xəstədən götürülmüş qan nümunəsindən istifadə edərək beyin hüceyrələri istehsal edirlər. Daha sonra bu beyin hüceyrələrində bir çox müxtəlif antidepresanlar sınaqdan keçirilir və hüceyrə dəyişiklikləri izlənilir. 


Xəstənin sağlamlıq tarixi və genetik məlumatları ilə birlikdə alınan bu məlumat daha sonra süni intellekt sistemi ilə işlənir və düzgün dərman və doza təyin edilir. 


Təl-Əvivdə yerləşən şirkət hələ inkişaf mərhələsində olan bu texnologiyanı gələn il istifadəyə verməyi hədəfləyir. Dr. Heba Sailem isə süni intellektin qlobal əczaçılıq sənayesini tamamilə dəyişdirmək gücünə malik olduğuna inanır. 


Süni intellekt üzrə mütəxəssis Calum Chace 2021-ci ildə qlobal ticarət həcmi 1,4 trilyon dollar olan əczaçılıq sənayesində süni intellektin istifadəsinin ləng irəlilədiyini bildirir. "Əczaçılıq şirkətləri böyükdür və tədqiqat və inkişaf metodlarında hər hansı əhəmiyyətli dəyişiklik müxtəlif şöbələrdəki bir çox insana təsir edir


 Digər tərəfdən, Dr. Sailem deyir ki, əczaçılıq sənayesi süni intellektdən istifadə etməkdə tələsməməli və lazımi tədbirləri görməlidir. "Süni intellekt modeli düzgün cavabları yanlış yolla ala bilər. Tədqiqatçıların məsuliyyəti, xüsusən də xəstə məlumatları ilə bağlı təlim zamanı qərəzliyin qarşısını almaq üçün müxtəlif tədbirlərin görülməsini təmin etməkdir", - Sailem deyir.


Mənbə: BBC news

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et