Bu gün:

Bu dilləri bilənlərə bütün qapılar açıqdır


Xarici dillər, xüsusilə, tələbələr üçün əvəzolunmazdır. Yeni bir dil, yeni mədəniyyət və ünsiyyət öyrənmək ən vacib amillərdən biridir.

Dil xaricdə təkcə iş və təhsil üçün lazımlı görünsə də, araşdırma apararkən və internetdən istifadə edərkən ən azı ingilis dilini bilmək lazımdır. Bununla yanaşı, hətta ingilis dilinin kifayət etmədiyi sahələr ola bilər. 

Yaxşı bir karyeraya sahib olmaq və məzun olduqdan dərhal sonra iş imkanları tapmaq üçün öyrənmək üçün əlavə xarici dillərə ehtiyacınız olacaq. Gəlin baxaq, hansı xarici dillər bizə bu iş imkanlarını təklif edir? 

Mandarin 

Asiya ölkələri bu gün texnologiya və iqtisadi sektorlarda inanılmaz yüksəliş göstərir. Çin, Sinqapur və Yaponiya kimi ölkələrlə investisiya və ticarət şəbəkələri genişlənir və artır. Bu səbəbdən iqtisadi inkişafına artım həcmi əlavə edən Çin tam bir ticarət mərkəzidir. Kosmik sənaye və aviasiya informasiya texnologiyaları sahələrində iş axtararkən artıq bildiyiniz ingilis dili ilə yanaşı, Mandarin dilini də öyrənmək sizə böyük şirkətlərdə ikinci dil bilmək üstünlüyünü verəcək. 

İspan dili 

Dünyada ən çox danışılan dördüncü dil ispan dilidir. Amerika da İspaniya kimi, immiqrantların sıx yaşadığı bir ölkədir. Bu ölkədəki beynəlxalq şirkətlər və təşkilatlar iş elanlarında ispan dilində danışan namizədlər axtarır. 

İngilis dili 

Dünyadakı insanların çoxu ana dilini öyrəndikdən sonra ingilis dilini öyrənmək istəyir. Bir milyarddan çox insanın danışdığı dil olan ingilis dili beynəlxalq şirkətlərdə mühüm bacarıq halına gəlib. Bu dili öyrənməklə İT sektorunda böyük şirkətlərdə tapdığınız imkanlarla çox yüksək maaşlar qazanmaq şansınız olacaq. 

Alman dili

Almaniya ən çox yeni məzun olan və ya hazırda təhsil alan tələbələrin getmək istədiyi ölkədir. Kompüter elmləri, tibb mühəndisliyi kimi sahələrdə iş tapmaq üçün geniş sahələr var. Əgər siz alman dilini bilirsinizsə, avtomobil sənayesindəki böyük şirkətlər, Mercedes Benz, Wolkswagen və digər dünyada məşhur bildiyimiz şirkətlərdə yaxşı maaşla karyeranızı zirvələrə daşıya bilərsiniz. 

Yapon dili

Qabaqcıl texnologiyası və dünyada robot istehsalının yarıdan çoxu olan Yaponiya burada təhsil almaq istəyən tələbələrin cəmləşdiyi ölkədir. Burada yerləşən beynəlxalq şirkətlərdə ingilis dilindən istifadə olunsa da, yapon dilini bilmək sizə üstünlük verəcək. 

Mənbə: edumag.net
Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et