Bu gün:

Səyahətə hazırlaşırsınız? Onda bu proqramları mütləq telefonunuza yükləyin


Ölkədaxili və ya ölkəxarici səyahətinizi asanlaşdıracaq yüzlərlə proqram var. Ancaq biz yalnız gizli olanlardan, yəni çox da bilinməyən tətbiqlərdən danışırıq. Səyahətçilərin səfərləri zamanı istifadə etdikləri çox naməlum və gizli proqramlar və vebsaytlar bunlardır...

1. TripAdvisor

Səyahət etmək istəyən, lakin qərar verə bilməyənlər üçün bir nömrəli köməkçi ola biləcək tətbiqlərdən biridir. Minlərlə səyahətçinin əlavə etdiyi şərhlərə, fotoşəkillərə və xəritələrə baxaraq getmək istədiyiniz yer haqqında bütün məlumatları əldə edə bilərsiniz. 

2. Maps.me

İstisnasız olaraq, indiyə qədər istifadə edilən ən yaxşı xəritə proqramıdır. İstədiyiniz ölkənin xəritəsini yükləyə və oflayn istifadə edə bilərsiniz. Pulsuzdur. İnternetiniz olmasa belə, oflayn rejimdə işləyə biləcəyi üçün telefonunuz təyyarə rejimində olmadığı müddətcə cari yerinizi xəritədə canlı görə bilərsiniz. 
İstədiyiniz halda getdiyiniz və ya ziyarət edəcəyiniz bölgələrə işarələr qoyub qısa təsvirlər yaza bilərsiniz. Naviqasiya funksiyası var. Onun xəritəsi o qədər əhatəlidir ki, hətta bəzi təbii parkların gəzinti yollarını görə bilərsiniz. 

3. Google Translate

Xüsusilə xaricə səyahət edərkən ən böyük problemlərdən biri yerli dili bilməmək ola bilər. Bununla belə, "Google Translate" sözləri və cümlələri, demək olar ki, hərfi tərcümə edərək ünsiyyətinizi asanlaşdırır. Bundan əlavə, proqramı işarənin üzərinə gətirdiyiniz zaman o, işarədə yazılmış mətnləri skan edə və istədiyiniz dilə tərcümə edə bilər. 

4. XE currency

Səyahətlərimizin uzunluğunu və görəcəyimiz fəaliyyətləri təyin edən, əsasən, puldur. Xüsusilə Dollar və Avro belə yüksəlişdə olduqda. 
XE Currency proqramı xaricə səyahət etdiyiniz zaman dünyanın bütün valyutalarının birbaşa məzənnəsini hesablayan proqramdır. Təbii ki, çoxlu alternativlər olsa da, bu tətbiqi digərlərindən üstün edən cəhəti ən son onlayn olduğunuz zamanın məzənnəsinə uyğun olaraq oflayn olduğunuz zaman məzənnəni hesablaya bilməsidir. Və xaricə səyahət edərkən internetə çıxış böyük problem olduğu üçün bu proqram da siyahıya girməyi bacarıb. 

5. Free Walking Tour 

Xarici şəhərdə hara gedəcəyinizi bilmirsinizsə və təksinizsə, bu proqram sizin həyatınızı xilas edə bilər. Əgər məhdud vaxtınız varsa, bu saytdan istifadə edə bilərsiniz. Şəhərdə səyahət edənlərin pulsuz turlarına qoşularaq şəhəri daha tez ziyarət edə biləcəksiniz və yeni insanlarla tanış olmaq şansınız olacaq. 

6. Tinder

Heç vaxt görmədiyiniz bir ölkədə və ya şəhərdə yerli insanlarla tanış olmaq və dostluq etmək çox faydalı olardı. Tinder təyinatından başqa məqsədlər üçün istifadə olunsa da, əslində, çox faydalı bir tətbiqdir. Xüsusilə Avropa əhalisinin əksəriyyəti bundan istifadə edir. 

7. Shazam

Shazam getdiyiniz yerdə eşitdiyiniz və bəyəndiyiniz mahnının kimə aid olduğunu göstərə bilir.  Cihazınızda mütləq olmalıdır.  Mahnıları düzgün tapmaqda kifayət qədər uğurlu olduğunu deyə bilərik. 

8. Spotify

Bu proqramı səyahətinizi daha əyləncəli etmək üçün istifadə edə bilərsiniz. Spotify və SoundHound ilə keyfiyyətli musiqi dinləyin. Səyahət edərkən pulsuz şəkildə vaxtınızı daha əyləncəli edə bilərsiniz. Müəyyən məhdudiyyətlərlə pulsuz istifadə edə biləcəyiniz bu proqramlar Premium xüsusiyyətlərə də malikdir.

Mənbə: edumag.net

Tərcümə etdi: Məryəm Abdullazadə 

Paylaş
Şərh əlavə et