Bu gün:

Hansı ağrılara nələr yaxşı təsir göstərir?


Dr. Fevzi Özgönül son illərdə kökün erkən demans, alzheimer, infarkt, xroniki baş ağrıları, dəri və ağciyər xərçənginə yaxşı gəldiyini ifadə edərək mövsümdə yeyilən qidalar haqqında məlumat verib. 

Diş çürüməsinə qarşı ispanaq

Doktor Fevzi Özgönül dəmir mənbəyi olaraq bilinən ispanağın tərkibində A, B, C, E vitaminləri, maqnezium, fosfor, yod mineralları və zülal baxımından zəngin bir tərəvəz olduğunu və buna görə də ispanağın bədənin müqavimətini artırdığını  bildirib. O, həmçinin sümükləri və dişləri gücləndirir. Diş çürüməsinə qarşı qoruyur.

Asan həzm olunan təzə lobya 

Onu da qeyd edim  ki, yaşıl lobya həftədə iki dəfə, xüsusilə, mövsümdə yeyilməlidir. Az kalorili və az yağlı tərəvəz olsa da, bol lifli quruluşu sayəsində digər qidaların həzminə kömək etdiyi və həzm prosesini asanlaşdırdığı, bağırsaqdan zərərli xolesterolun sorulmasına maneə olduğu üçün faydalı qidadır. 

Rozmarin

Rozmarin immunitet sistemini gücləndirməkdə, mədə xoralarında, həzm sisteminin yavaş işlədiyi həzmsizlik və qəbizlikdə və miqren tipli baş ağrılarında faydalı ola bilər. Hətta rozmarin yağı da əzələ və oynaq ağrılarını aradan qaldırmaq üçün istifadə edilə bilər.

Sarımsaq

Təzə sarımsaq mövsümi epidemiyalarda profilaktik, qan təzyiqi və xolesterin salıcı, qan durulaşdırıcı və immunitet sistemini gücləndirən vasitə kimi istifadə olunur.

Baş ağrısı üçün kök 

Yerkökü salatlarda, hər cür ət və tərəvəz yeməklərində istifadə edilməlidir. Unutqanlığa qarşı geniş istifadə olunur. Son illərdə erkən demans, alzheimer, infarkt, xroniki baş ağrıları, dəri və ağciyər xərçənginə qarşı istifadə olunur.

Mənbə: CNN TÜRK

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et