Bu gün:

Karl Larsson kimdir?


İsveçli rəssam Karl Larsson Stokholmda çox kasıb bir ailədə anadan olub. On üç yaşında ikən aztəminatlı uşaqlar üçün məktəbdəki müəllimi ona İsveç Kral İncəsənət Akademiyasına daxil olmağı tövsiyə etdi. Onun ifadəsi qəbul edildi. İlk illərində özünü sosial cəhətdən aşağı  və utancaq hiss edirdi. 1869-cu ildə, on altı yaşında, eyni akademiyanın "qədim məktəbi" nə yüksəldi. Orada özünə inam qazandı və hətta tələbə həyatında mərkəzi bir şəxs oldu.

Karl ilk  medalını  çılpaq( nude) əsərlərinə görə qazandı. Bu arada o, yumoristik Kasper qəzetində karikaturaçı və Nyu-Yorkun Illustrerad Tidning qəzetində qrafik rəssam kimi çalışıb . Onun illik maaşı valideynlərinə maddi yardım üçün kifayət edirdi.

Bir neçə il kitab, jurnal və qəzet illüstratoru olaraq çalışdıqdan sonra 1877-ci ildə Parisə köçdü. Burada o, fransız mütərəqqi impressionistləri ilə əlaqə qurmağa çox can atmadı. İki yayınını Barbizonda, açıq hava sənətçilərinin sığınacağında keçirdi. Sonra , 1882-ci ildə isveçli rəssamlar ilə birlikdə Paris xaricindəki Skandinaviya rəssamlarının koloniyası olan Dream sur Luan-da yerləşdi. Orada tezliklə sonradan  həyat yoldaşı olan rəssam Karin Bergo (1859-1928) ilə tanış oldu. Larssonun həyatında dönüş nöqtəsi oldu. Burada ən vacib əsərlərindən bəzilərini yaratdı.

1888-ci ildə gənc ailə, Dalarnadakı Falun yaxınlığındakı Sundbornda Karinenin atası Adolf Bergedən (1828-1890) kiçik bir ev aldı. Bu ev həm də İsveç daxili dizaynının orijinallığını əks etdirir və onu dünyanın ən məşhur rəssam evlərindən birinə çevirir.

Sonrakı illərdə depressiya keçirdi. Milli muzeyin ön qapısı üçün böyük bir əsər (1915) üzərində işləyərkən görmə problemlərindən və tez-tez baş ağrılarından əziyyət çəkirdi. 1919-cu ildə yüngül bir iflicdən sonra qalan vaxtını xatirələrini tamamlamağa sərf etdi. O ayın sonunda Falunda öldü.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et