Bu gün:

Eva Gonzalez kimdir?


Fransız impressionist rəssam Eva Gonzalez 1849-cu ildə Parisdə anadan olub. Gonzalez mədəni burjua ailəsində -yazıçı ata və musiqiçi ana tərəfindən böyüdülmüşdür. 1866-cı ildə, 16 yaşında portret rəssamı Charles Chaplindən rəsm dərsləri almağa başladı. 

Üç il sonra Eduar Mane ilə tanış oldu və tezliklə onun modeli, daha sonra tələbəsi oldu. İlk dəfə 1870-ci ildə Paris Salonunda əsərlərini sərgilədi.

Tamaşaçılar və tənqidçilər onun əsərlərini Manet üslubunda bir qədər daha vulqar şəkildə düşünülmüş kimi təsvir etdilər. Mary Cassatt və Bertha Moriseau da daxil olmaqla impressionistlərin çağdaşı olmasına baxmayaraq, Gonzalez daha real bir estetikaya sahib idi və bunun əvəzinə akademik salonlarda qalmağı üstün tutdu.

Sənətçi 1879-cu ildə Gerardla evləndi. 34 yaşında doğuşda ölməzdən əvvəl çoxsaylı məşhur qrup konsertlərində çalışıb. Ölümündən sonra Gerard, atası və ailə dostu 88 əsərinin retrospektivini təşkil etdi.

Bu sərgidə satılmayan bir çox əsər sonradan hərraca çıxarıldı və paylandı. 20- ci əsrin sonunda qısa karyerası ərzində az iş görsə də, nüfuzu yalnız Manet ilə əlaqəsi üçün deyil, həm də Cassata və Morisonun iştirakı ilə artdı.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et