Bu gün:

Aleksander Calder kimdir?


Amerikalı sürrealist rəssam, heykəltəraş Aleksander Calder 1898-ci ildə Pensilvaniya ştatının Lonton şəhərində anadan olub. Tanınmış bir heykəltəraş ailəsində anadan olub. İbtidai təhsilini təkbaşına işləyərək alıb. 1915-1919-cu illərdə Nyu-Cersidəki Stevens Texnologiya İnstitutunda mühəndislik təhsili aldı. Daha sonra 1923-1926-cı illərdə Nyu-Yorkun rəssam tələbələr Liqasında rəsm  təhsili aldı və milli polis qəzetində illüstrator kimi işə başladı.

1926-1927-ci illərdə Parisdə yaşayan rəssam ilk taxta heykəllərini yaratdı və süjetdə ilk hərəkətli obyektlərini yaratdı. 1930-cu ildə Grand Schomier Akademiyasına daxil olaraq təhsilini davam etdirdi. Montparnasse-də bir studiya qurdu. Burada Pete Mondrian və Fernand Leger ilə tanış oldu və hərəkət edən obyektlərini inkişaf etdirdi. 1929-cu ilin iyununda Parisdən Nyu-Yorka qayıqla səyahət edərkən yazıçı Henri Ceyms və filosof Uilyam Ceymsin nəvəsi- gələcək həyat yoldaşı Luiza Ceyms (1905-1996) ilə tanış oldu. 1931-ci ildə evləndilər. İlk böyük sərgisini 1931-ci ildə Parisdə keçirdi. Leger, Persier Qalereyasında təşkil edilən bu ilk mücərrəd inşaat sərgisinin kataloquna ön söz yazdı.


 

1933-cü ildə Amerikaya qayıdan sənətçi, Konnektikutun Roxbury şəhərində aldığı bir fermada yerləşdi. Burada mücərrəd mövzularını açıq havada və ilk böyük heykəltəraşlıq əsərlərini davam etdirdi. 1952-ci ildə Vuppertaldakı Parnasse Qalereyasında Calder Mobile adlı hərəkətli əşyalar sərgisini açdı. Kinetik sənətin vacib nümayəndələrindən biri adlandırılan sənətkarın dostu Joan Miro ilə işində çox oxşar cəhətləri var.

İkinci Dünya müharibəsi zamanı Calder donanmaya daxil olmaq istədi, lakin rədd edildi. 1955-ci ildə Alexander və Louise Calder üç ay Hindistanı gəzdilər.

1963-cü ildə Calder, aşağı Chevriere vadisindəki (Fransa) sace Vadisinə baxan yeni emalatxanasına köçdü. 1974-cü ildən bəri şəhər meydanında olan heykəli şəhərə bağışladı. Calder yaradıcılıq karyerası boyunca əsərlərinin çoxunu harada nümayiş olunmasından asılı olmayaraq Fransız adlandırdı. 1966-cı ildə Calder, qayınatası Jean Davidsonun köməyi ilə illüstrasiya nümunələri ilə bir tərcümeyi-hal nəşr etdi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et