Bu gün:

Apple şirkəti necə quruldu?


Apple-ın yaranması 1976-cı ilə təsadüf edir. Həmin il aprelin 1-də ABŞ-da Stiv Cobs, Stiv Voznyak və Ronald Ueyn ilə birgə təsis edilib. Məqsədi “Apple I” adlı kompüter dəstini satmaq olan cəmiyyət bu istiqamətdə işlərinə başladı. 

Bu dəst ilk dəfə Kaliforniyada kompüter klubu kimi yaradılmış Homebrew Kompüter Klubunda təqdim edilib

Müasir fərdi kompüterlərin daha sadə versiyası olaraq istehsal edilən Apple I böyük maraq doğurdu. Qurulduğu ilin iyul ayında 666 dollara satışa çıxarılan Apple I beləliklə böyük bir macəranın qapılarını açmağa başladı.

Apple rəsmi olaraq 3 yanvar 1977-ci ildə təsis edilib. Amerikalı sərmayədar Mike Markkula tərəfindən 250 min dollarlıq sərmayə ilə qurulan Apple yeni işlərini ara vermədən davam etdirdi. Qısa müddət sonra Apple II-ni təqdim edən şirkət ən yaxın rəqibi olan Commodore PET-i bir çox cəhətdən geridə qoydu. 

1970-ci illərin sonuna qədər bu məhsulla texnologiya arenasında görünməyə davam edən Apple 1980-ci illərə qədər dövrün məşhur şirkətləri olan IBM və Microsoft-a rəqib olmağı hədəfləmişdi.

Mənbə: Texnofix
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et