Bu gün:

Yağışın faydaları nələrdir?


Yağışın təkcə əkin sahələri və bağlar üçün deyil, həm də insanlar və heyvanlar üçün çoxlu faydaları var. Yağış bitki və heyvanların sağ qalması üçün ekosistemizin vacib bir hissəsidir. Bu faydaları bildikdən sonra əminik ki, yağış yağanda sadəcə yağışa baxmaqla kifayətlənməyəcəksiniz! 

Sakitləşdirici qoxu – yağışlı gün aromaterapiyası

Məlum olub ki, Petrichor kimi tanınan bu gözəl qoxu bədəninizə və beyninizə sakitləşdirici təsir göstərə bilər. Növbəti dəfə özünüzü yağışlı gündə çöldə tapdığınız zaman dərindən nəfəs alın və bu sakitləşdirici qoxunu içinizə çəkin.

Yağış yağanda başını aşağı salıb, ondan qaçan adamlara rast gələ bilərsiniz. Ancaq növbəti dəfə başınızı qaldırın, vaxtınızı ayırın və ətrafa baxın. Gözlədiyinizdən tamamilə fərqli bir perspektiv əldə edə bilərsiniz. Yağış yağanda dünya başqa cür görünür. Həmişə boz və çirkli görünən ətrafınız tamamilə dəyişəcək. Səslər və görüntülər həmişəkindən fərqlənəcək, sadəcə bunun fərqində olmalısınız. Daha təmiz hava gəzinti üçün ən yaxşı vaxtdır. 

Yağış damcıları havanı çirkləndirən hissəcikləri özünə çəkir. Bu o deməkdir ki, yağış yağanda nəfəs aldığınız hava əvvəlkindən daha təmiz və təravətlidir. Araşdırmalar göstərir ki, yağış havanın çirklənməsini azaldan təsir edici qüvvədir.

Yağışda gəzmək hiss edə biləcəyiniz hər hansı bir stress və ya narahatlığı aradan qaldırmaq üçün gözəl bir yoldur. Qısamüddətli bir üsul olsa belə, çox vaxt narahat olduğunuz şey yağışlı gündə gəzintidən sonra o qədər də vacib görünməyə bilər. 

Yağış suyunu, xüsusilə, inkişaf etməkdə olan ölkələr “yığır”. Su qıtlığı problemi bəzi ölkələrə dəhşətli şəkildə təsir edir. Yaşamaq üçün təmiz suya ehtiyacımız var. Buna görə də yağış suyunun yığılması və ya fırtına suyunun təkrar emalı ev, bağ, təbiətin bərpası və kənd təsərrüfatında istifadə üçün su təminatının tərkib hissəsidir.

Uşaqlar üçün faydaları

Yağışın uşaqlar üçün çoxlu faydaları var. Birincisi, onlar fiziki bacarıqlarını təkmilləşdirə bilərlər, çünki yağış yağan zaman tarazlıqlarını qorumaq üçün daha çox çalışmalı olurlar. Onlar, həmçinin yağış yağan zaman rütubətli şəraitdən və güclü yağışdan qaçmaq üçün harada dayanacaqlarını seçmək kimi sadə bir şeylə seçim etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

Mənbə: Habertürk

Tərcümə etdi: Nuran Əhmədzadə







Paylaş
Şərh əlavə et