Bu gün:

Tarixdən əvvəlki dövrdə yaranan və hələ də yaşayan 5 heyvan


Dinozavr qalıqları ilk tapılandan bəri insanlar tarixdən əvvəlki heyvanlarla çox maraqlanır və onlarla yaşamağın necə olacağını düşünürdülər.

1. Timsah

İlk timsah 95 milyon il əvvəl, son təbaşir dövründə meydana çıxdı. İndiki timsahlar tarixdən əvvəlki Deinosuchus ailəsindəndir. Yəni suda, yerə yaxın, uzun burunlu, güclü quyruqlu, çoxlu dişli yırtıcılardır.

2. Təpəli dəvəquşu 

Dəvəquşunun pəncəyə bənzər ayağına baxsaq, onun dinozavr növündən gəldiyinə şübhə etmək çətindir. Dünyanın üçüncü ən böyük quş növü olan təpəli dəvəquşu, adətən, Avstraliyanın şimalında, Papua Yeni Qvineyada və İndoneziyada yaşayır. Dəvəquşunu dinozavr ailəsinə bağlayan başqa bir xüsusiyyət də başındakı daraqdır. Bəzi ekspertlər lələk kimi uzanan bu sərt dəri dəbilqənin temperaturun tənzimlənməsi üçün istifadə edildiyinə inanırlar, digərləri isə insan qulağının eşitməsi üçün çox dərin səs çıxarmağa kömək etdiyinə inanır. Bu mavi boyunlu quşlar çox yaxşı üzür və yaşıl yumurta verirlər.

3. Sürünən tuatara

Tuatara sürünənlərinin nəsli erkən Trias dövrünə təsadüf edir. Rhynchocephalia ailəsindən olan bu sürünənlər Yeni Zelandiya yaxınlığındakı bir adada yaşayır və həşəratlar, hörümçəklər, qurdlar və kiçik quşlarla qidalanırlar. Bu sivri dişli sürünənlər təxminən 100 il yaşaya bilər. Təəccüblüdür ki, onlar soyuq iqlimlərə də dözə bilirlər. Tuatara sürünəninə elmi olaraq "canlı dinozavr" deyilir, lakin bir növ olaraq onlar tamamilə təcrid olunublar.
Bu gün "amniot onurğasızlar" ailəsindən 30 minə yaxın canlı yaşayır və onlar 6 qrupa bölünür. Quşlar qrupunda ən azı 15 min növ, kərtənkələ və ilan qrupunda təxminən 10 min növ, məməlilərdə 5400 növ, timsahlarda 25 növ və tuatarada yalnız bir növ vardır.

4. Köpəkbalığı

Köpək balıqlarını müasir dinozavrlar adlandırmaq düzgün olmazdı, çünki onlar, əslində, dinozavrlardan çox yaşlıdırlar. İlk köpək balığı növü 450 milyon il əvvəl Silur dövründə mövcud olub və bir çox növlərin yox olmasına səbəb olan fəlakətlərdən sağ çıxıb. Təbii ki, yer üzündə bu qədər uzun müddətdir mövcud olan bu heyvan növü arasında bir çox növlər meydana çıxıb. Məsələn: nəsli kəsilmiş Meqalodon kimi nəhəng köpəkbalıqları bir vaxtlar dənizlərdə üzüblər. Yaxud spiral çənə quruluşuna sahib olan Helikoprionun artıq dünyada olmasa da, çox maraqlı bədən quruluşu da var idi. Bəzi köpək balıqları hətta qaranlıqda parlama qabiliyyətini də inkişaf etdiriblər.

5. Kərtənkələ

Kərtənkələlər və dinozavrlar milyonlarla il ərzində müəyyən genetik xüsusiyyətləri paylaşdılar. Ancaq iki heyvan bir anda yollarını ayırdı. Bunu başa düşməyin ən asan yolu onun ayaqlarına baxmaqdır. Dinozavrların ayaqları yerə perpendikulyar enir, kərtənkələ və timsahların ayaqları isə yan tərəfə açılır. İndiki kərtənkələlər su üzərində üzə və yeriyə, havada sürüşə, ağaclara dırmaşa və tavandan asılı vəziyyətdə asa bilirlər. Kərtənkələlər də quyruqlarını itirdikdə yenidən böyüyə bilirlər. Mütəxəssislər hesab edirlər ki, bu heyrətamiz bacarıqlar sayəsində kərtənkələlər bir çox nəsli kəsilmə ssenarilərində sağ qalmağı bacarıblar.

Mənbə: BBC News
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et