Bu gün:

Avropanın təhlükəsizlik və iqlim problemlərini həll etmək üçün Çinə ehtiyacı var - Makron


Fransa prezidenti Emmanuel Makron deyib ki, Avropa ölkələrinin təhlükəsizlik və qlobal iqlim dəyişikliyi də daxil olmaqla qlobal problemləri həll etmək üçün Çinə ehtiyacı var.


O, “La Tribune” qəzetinə müsahibəsində deyib: “Bizə Çin lazımdır, istər iqlim problemləri, istərsə də təhlükəsizlik problemləri. Fransa və Avropanın rolu bizə Çini bu mühüm məsələlər üzrə beynəlxalq müzakirələrə qatmağa imkan verəcək balanslaşdırıcı qüvvə olmaqdır".

İqtisadiyyata diqqət çəkən Makron, Çinlə əməkdaşlığı davam etdirərkən Avropa suverenliyinin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib. Makron: "Mən özümüzü Çindən uzaqlaşdırmağı təklif etmirəm. Amma inanıram ki, milli təhlükəsizliyimizi və suverenliyimizi daha yaxşı qorumalıyıq",-dedi. Onun sözlərinə görə, Avropa “həyalara real baxmalı və öz maraqlarını qorumalıdır”.

Çin prezidenti Si Cinpin bazar günü rəsmi səfər üçün Parisə gedəcək. Makronun sözlərinə görə, Çin lideri rəsmi qəbul olunmazdan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə üçtərəfli görüş keçiriləcək. "Almaniya kansleri Olaf Şolz görüşdə iştirak edə bilməyəcək, lakin biz ötən cümə axşamı görüşdə səylərimizi əlaqələndirdik", - Makron bildirib.

Si mayın 7-dək Fransada qalacaq. Səfər zamanı Çin və Fransa liderləri Ukraynadakı münaqişəni, Yaxın Şərqdəki vəziyyəti, eləcə də qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün ticarət və komanda işini müzakirə edəcəklər.


Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş