Bu gün:

“Etibarnamə olmadan avtomobili idarəçiliyə verən şəxs...”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı hüquqşünas Ramin Süleymanovdur. O, 18 yaşı tamam olmadan avtomobil idarə edən uşaqlar və onların valideynlərini gözləyən cəza tədbirlərindən danışıb.

18 yaşı tamam olmadan avtomobil idarə edən uşaqları və onların valideynlərini hansı cəza tədbirləri gözləyir?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsə görə, inzibati məsuliyyətə cəlb olunmanın yaşı 16-dır. 16 yaşına çatmış istənilən fiziki şəxs xüsusi hissədə göstərilən inzibati pozuntuya görə inzibati məsuliyyətə cəlb oluna bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə görə, nəqliyyat vasitəsinə mülkiyyəti olan şəxs, idarə edən şəxsin yanında iştirak etməsi halı istisna olmaqla, etibarnamə olmadan idarə edən şəxsin avtomobildən istifadəsinə görə 40 manat məbləğində cərimə olunur. Etibarnamə olmadan avtomobili idarəçiliyə verən şəxs isə sürücünün yanında iştirakı istisna olmaqla, 100 manat məbləğində cərimə olunur. Həmçinin inzibati məsuliyyətə cəlb etmə yaşına çatmamış şəxslər(16 yaşdan aşağı) avtomobili götürüb idarə edərkən hər hansı bir xəta törədərlərsə, belə olan təqdirdə həmin şəxslər barəsində inzibati tənbeh tətbiq edilmir, lakin yalnız onun valideyni 100 manat cərimə olunur və eyni zamanda, o, yetkinlik yaşına çatmayan övladının avtomobil idarə etməsi nəticəsində vurulmuş zərərlə bağlı həmin avtomobilin mülkiyyətçisi mülki qaydada məsuliyyət daşıyır. 

Aytac Musayeva

Paylaş
Şərh əlavə et