Bu gün:

İnflyasiya nədir?


Ən qısa təsviri ilə inflyasiya mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin davamlı artmasıdır. İnflyasiya tək bir məhsulun qiymətinin artması və ya bircə dəfə bahalaşması deyil. İnflyasiya bütün iqtisadiyyatda qiymətlər davamlı olaraq artdıqda baş verir.

İnflyasiya niyə yüksəlir?

İnflyasiyanın niyə yüksəlməsi sualını izah etmək üçün: Zamanla aldığımız mal və xidmətlərə niyə daha çox pul ödəyirik? Buna üç maddədə düzgün cavab verə bilərik: Bu başlıqda ümumi mənada inflyasiyanın nə olduğu sualına cavab verdik.

İnflyasiya necə hesablanır?

Bütün bu məlumatların işığında nəzər salsaq, inflyasiyanın necə hesablandığı sualına cavab vermək asan olar. İnflyasiyanın ölçülməsi üçün hər ay qiymətlərin ümumi səviyyəsinə nəzarət edilir. Bunun üçün bütün ölkəni təmsil edən ev təsərrüfatının xərclədiyi mal və xidmətlərdən səbət yaradılır. Bu səbətdə olan məhsullar keyfiyyətlərinə görə qruplaşdırılır; yemək, geyim, nəqliyyat kimi. Bu qruplar seçmə ev təsərrüfatlarının xərclərindəki paylarına uyğun olaraq çəkilir. Bu şəkildə hesablanan İstehlak Qiymətləri İndeksinin illik faiz dəyişməsi illik inflyasiyanı göstərir. Məsələn, təyin edilmiş alış-veriş səbətindəki məhsulların ümumi dəyəri əvvəlki ilin eyni ayında 100 manat idisə, bu ilin eyni ayında bu səbətdə olan məhsulların ümumi qiyməti 105 manat-dırsa, belə nəticəyə gəlirik ki, illik inflyasiya 5 faizdir.

 İnflyasiya necə azalır?

Bəs yüksək inflyasiya necə azalır? Yüksək inflyasiya zamanla pulun alıcılıq qabiliyyətini azaldır. Məsələn, 1960-cı illərdə ev ala biləcək pulun bu gün bir tikə çörək belə ala bilməməsi inflyasiyanın zamanla alıcılıq qabiliyyətini necə aşağı saldığının əyani göstəricisidir. Bu səbəbdən də çoxları ötən illərdən danışarkən “o dövrün pulu ilə” ifadəsini işlədirlər. Yüksək inflyasiya şəraitində valyutamızın dəyəri azaldıqca milli valyutaya inam da azalır. Bu səbəbdən insanlar xərcləmə və yığım zamanı öz ölkələrinin pul vahidi əvəzinə başqa ölkələrin valyutasından istifadə etməyə üstünlük verə bilərlər. Eynilə, onlar əmanətlərini öz milli valyutası ilə etmək istəməyə bilərlər. Başqa sözlə desək, yüksək inflyasiya şəraitində pulun mübadilə vasitəsi və dəyər yığan funksiyaları aradan qalxır. Xarici valyuta və daşınmaz əmlak kimi qeyri-istehsal sahələrinə investisiyalar artır.

Mənbə: logo.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et