Bu gün:

İmtahan stressi nədir?


İmtahan stressi imtahan zamanı öyrənilən məlumatın effektiv istifadə edilməsinə maneə olan və müvəffəqiyyətin azalmasına səbəb olan sıx narahatlıq olaraq təyin olunur.


İmtahan stressi nə ilə bağlıdır?

Fərdin imtahana aid etdiyi mənalar, imtahanla bağlı zehnində yaranan görüntü, imtahan sonrası vəziyyətə istinadlar, imtahandan sonra əldə olunacaq qazanclara verilən önəm imtahan həyəcanının formalaşmasında təsirli olur.

İmtahan stressinin əlamətləri hansılardır?

Narahatlıq, sıxıntı, uğursuzluq qorxusu, işə istəksizlik, ürəkbulanma, titrəmə, ağız quruluğu, daxili narahatlıq, tərləmə, yuxu pozğunluğu, qarın ağrısı, diqqət və konsentrasiyanın pozulması, özünə inamın azalması, qeyri-adekvat və dəyərsiz görmə ümumi simptomlardır.

İmtahan stressinin fəsadları nələrdir?

Öyrəndiklərini çatdıra bilməmək, oxuduqlarını başa düşməmək, fikrini cəmləməkdə çətinlik çəkmək, diqqətin azalması, məzmundan çox imtahanın özünə fokuslanmaq, zehni bacarıqların zəifləməsi, enerji çatışmazlığı, fiziki pozğunluqlar əsas təsirləridir. İmtahan stressi yanıldıcıdır, çünki o, qeyri-real gözləntiləri və şərhləri ehtiva edir. Bu, tələbənin bilmədən öz davranışını idarə edə bilməməsinə səbəb olur.

İmtahan stressi ilə mübarizə yolları hansılardır?

Düşüncə və inancları sorğulamaq (qeyri-real düşüncə vərdişlərini fərqli bir perspektivlə yenidən qiymətləndirmək, nəfəs məşqləri, istirahət məşqləri, narahatlığı basdırmaq əvəzinə onu qəbul etməyə və tanımağa çalışmaq, düşüncə texnikasını dayandırmaq, diqqəti başqa məqamlara yönəltmək) mübarizə üsullarıdır.

Anksiyete idarəçiliyi nədir?

İlk növbədə, imtahana diqqəti cəmləməyə və suallara diqqət yetirməyə kömək edir, düşüncələri və diqqəti cəmləşdirməyə kömək edir, neqativ düşüncələrin və tələskənliyin qarşısını alır, nəzarət hissini təkmilləşdirərək uğur qazanmağa kömək edir və imtahanın nəticələrini nümayiş etdirməkdə mühüm rol oynayan bir yanaşmadır.

Mənbə: psikiyatri.org.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et