Bu gün:

Yetişmiş əncirdə ölü arıların qalıqları olur?


Əncir şirindir, sağlamdır, çeynəmək çətindir və bəli, ölü arıların işlənmiş qalıqlarını ehtiva edir. Arılar ora necə gəldi?  Və bu məlumdursa, niyə hər kəs onu yeməyə davam edir? Çoxalma ilə bağlı qəribə bir həqiqət var. Əncir və arılar arasındakı bütün əlaqə ondan ibarətdir ki, nə biri, nə də digəri yaxşı reproduksiyalı deyil və onlar sadəcə olaraq bir-birlərinə kömək etmək üçün qeyri-adi üsul tapıblar. 

Əncir əslində syconium kimi tanınan tərs bir çiçəkdir.  Lakin öz quruluşuna görə, tozlayan həşəratların çoxu sadəcə tozcuqlara çata bilmirlər.  Xoşbəxtlikdən, bir böcək var, əncir arısı, syconium'a yaxınlaşmağı və bitkini tozlandırmağı bilir.  Təəssüf ki, arılar üçün bu, birtərəfli səfərdir.  Arıların sürfələrinin böyüdüyü və qidalandığı xüsusi bir mühitə ehtiyacı var.

Əncirin içi sadəcə eşşəkarısı üçün mükəmməl uşaq otağı olur.  Buna görə də dişi arı əncirin içinə kiçik bir keçiddən daxil olur. Yeganə problem odur ki, bu keçid o qədər dardır ki, yol boyu qanadlarını və antenalarını itirirlər, ona görə də oradan çıxmaq üçün heç bir yolları yoxdur. Bununla belə, bu təhlükəli missiya arılara yumurta qoymaq üçün ideal yerə çatmağa imkan verir.

Bəs arılar yalnız bir çiçəyə girib orada qala bilirlərsə, əncir necə tozlanır?

Yumurtalar çıxdıqdan sonra çoxlu erkək və dişi arılar olacaq. Cütləşdikdən sonra erkəklər qısa ömrünü əncirlərdə tunellər qazmaqla keçirir, dişilər isə tam inkişaf etdikdən sonra xilas yolu tapırlar. Onlar uçduqda, başqa bir çiçəyə köçürdükləri bir az tozcuq qalır - əncir belə tozlanır.
Belə çıxır ki, biz əncirlə yanaşı dişi arıların qalıqlarını və onların erkək nəslini yeyirik.Heç də yox! Əncirin tərkibində ölü arıları yetişmiş meyvənin bir hissəsinə çevrilən bir proteinə parçalayan ficin adlı bir ferment var. Əslində, arının bütün bədəni əncirdə qalmır. Və onun xırtıldayan hissələri arıların qalıqları deyil, toxumlarıdır.

Mənbə: factroom.ru
Tərcümə etdi: Leyla Əliyeva 

Paylaş
Şərh əlavə et