Bu gün:

Sovet İttifaqına pərəstiş, nostalji hisslər


Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqının dağılmasını 20-ci əsrin "ən böyük geosiyasi fəlakət"-i adlandırıb. Putin 2005-ci ildə etdiyi çıxışında demişdi: “On milyonlarla həmvətənlərimiz Rusiya ərazisinin hüdudlarından kənarda qaldılar. "

"Pew" araşdırma mərkəzinin Rusiya, Mərkəzi və Şərqi Avropanın digər 17 ölkəsi ilə 2015-ci ildə apardığı sorğuya əsasən, bütün ruslar Putinin xarakteristikası ilə mütləq razı olmasalar da, əksəriyyəti Sovet İttifaqının 1991-ci ildə dağılmasını “pis hadisə” kimi qiymətləndirir və bu baxış açısı təkcə Rusiya ilə məhdudlaşmır.

Məsələn, Rusiyada, eləcə də keçmiş sovet respublikaları olan Ermənistan və Moldovada təxminən on nəfərdən yeddisi və ya daha çoxu sovetlərin dağılmasını “pis hal”, Belarusiyada isə 54%-i mənfi hesab edir. Sorğuda iştirak edən digər beş keçmiş sovet dövlətindən üç Baltik respublikası olan SSRİ-nin tərkibinə zorla birləşdirilən dövlətlər- Estoniya, Latviya, LitvaSovetin dağılmasını pis bir hal kimi qiymətləndirənlər arasındadır.

2017- ci ildə Rusiyada Pew Araşdırma Mərkəzinin apardığı sorğuda Sovet İttifaqının dağılmasının onların ölkələri üçün pis olduğunu deyən rusların payı 10% azalıb (2017-ci ildə 59 faiz, 2017-ci ildə bu rəqəm 69 faiz idi). 2015). Bu dəyişiklik ruslar arasında ümumi iqtisadi dünyagörüşünün yaxşılaşması ilə əlaqəlidir. Yenə də rusların əksəriyyəti Sovet İttifaqının dağılmasının onların ölkələri üçün pis olduğunu söyləməkdə davam edirlər.

Mənbə: Pew research center

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et