Bu gün:

Anton Graff kimdir?


İsveçrəli neoklassik rəssam Anton Graff 1736-cı ildə Vinterturda anadan olub. 1753-cü ildə Vinterturdakı Johann Ulrich Schellenberg incəsənət məktəbində rəsm çəkməyə başlayıb. Üç il sonra Augsburqa gedib. Orada oymaçı Johann Jakob Hyde ilə oxuyub. Ancaq cəmi bir il sonra Augsburqdan ayrılmalı olub. Uğurları artıb. Yerli Rəssamlar İttifaqının üzvləri onun rəqabətindən qorxurdular.

Johann Jacob Highdan tövsiyə məktubu aldıqdan sonra Ansbacha  köçüb və burada 1759-cu ilə qədər məhkəmə rəssamı Leonard Schneiderdə işə düzəlib. Graff tez-tez müxtəlif kolleksiyalardan şəkillər öyrənmək üçün Münhenə gedirdi.

1759-cu ildə Regensburqa köçmədən əvvəl Augsburqa qayıdıb. 1765-ci ildə isə Vintertur və Sürixə qayıdıb. Drezden Rəssamlıq Akademiyasında vəzifə tutmaq üçün yeni qurulan Drezden Rəssamlıq Akademiyasının yeni təyin olunmuş direktoru Christian Lüdviq von Hagedorndan dəvət alıb.

1788-ci ilin əvvəlində Prussiya naziri Friedrich Anton von Heinitz, Graffa  Berlindəki Prussiya Rəssamlıq Akademiyasında işləmək üçün cazibədar bir təklif verib. 20 iyun 1789-cu ildə Graff Drezden Rəssamlıq Akademiyasının portret kafedrasının professoru təyin edilib.

Graff təxminən  1000-dən çox portret çəkib. 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində Almaniyanın aparıcı portret rəssamı olub. Graff eyni zamanda   erkən romantizm dövründə alman şairlərinin əsas portretçisi idi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et