Bu gün:

Joseph Garibaldi kimdir?


İtalyan rəssam Joseph Garibaldi 1863-cü ildə Marseldə anadan olub. Atası Marseldəki Noilly-Prat fabrikində işləyirdi. Fabrik sahibi Louis Prat, Josefin istedadını tanıyıb və rəssam Antuan Vollonun şagirdi olaraq sənət məktəbinə getməsini təşkil edib.

Təlimdən sonra Tunis, Venesiya və Korsikada yelkənli qayıqla kruiz edib. Daha sonra Marselə qayıdıb və rəsmlərinin çoxunu bu şəhərdə yaradıb. Günün müxtəlif vaxtlarında və fərqli işıqlarda, xüsusən də köhnə Marsel limanının ərazisində işləyib. Rəssam sadəcə şəhər rəssamı deyildi. Bəzi digər əsərlərində kənd yerlərində və sahil boyunca yaxınlıqdakı kəndlərdə gündəlik həyat səhnələri üzərində işləyib.

Dəniz mənzərəsi, fəvvarə, dərə və ya balıqçı onun yaradıcılığında mərkəzi motivdir. Ömrü boyu müasir sənətdə inqilab edən bütün hərəkətlərdən uzaq durub. Kubizm və sürrealizm kimi cərəyanlar sənətkarın yaradıcılığına az təsir göstərmişdir.

Bunun əvəzinə Frederik Mistral tərəfindən pastoral dilini, tarixini və ənənələrini təbliğ etmək üçün qurulan Felibridge hərəkatı ilə maraqlanıb. 

Özü də istəkli bir fotoqraf olan Antoine Lumierenin dostu olub və bir ailə olaraq görüşürdülər. Şəkillərindən ilham almışdı. Bu əsərlər güclü stilizə edilmiş həndəsi kompozisiyalar, parıldayan işıq daşıyır, lakin ömrünün sonuna qədər rənglər təhrif olunub və rəsmləri getdikcə çəhrayı bir rəng alıb.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova


Paylaş
Şərh əlavə et