Bu gün:

Nikolas Lankret kimdir?


Rokokko dövrünün fransız rəssamı Nikolas Lankret 1690-cı ildə Parisdə anadan olub. Lankretin ilk ustası Pierre d'Ullen olub. Bununla birlikdə, Vatto ilə tanışlığı və heyranlığı onu Vattonun şagirdi Gilloya getməyə sövq edib. 1712-1713-cü illərdə Gillonun tələbəsi olaraq qalan Lancre, ilk əsərlərində tipik incə fiqurları ilə ustadından çox təsirlənib.

Dauphin meydanında nümayiş olunan iki rəsm əsəri sayəsində sərvətinin təməlini qoyaraq böyük uğur qazanıb. 1718-ci ildə akademiklərə qəbul edilib. Bunun sayəsində xüsusilə Vatto pərəstişkarları arasında çox hörmətli bir sənətçi olmağı bacarıb. Versal sarayını bəzəmək üçün əsərlər hazırlayıb. Lankretin populyarlığı ona 1735-ci ildə akademiyanın məsləhətçisi olmağa imkan verib.

Lankret əhəmiyyətli bir hissəsi ağac kəsmə olan çox sayda rəsm əsərini tamamlayıb. Bir neçə portret və tarixi əsər çəksə də, ən çox sevdiyi mövzular toplar, yarmarkalar, kənd toyları və bu kimi şeylər idi. Bu baxımdan rokokko sənətçiləri üçün tipik olub. Digər tərəfdən, bəziləri Lankrenin əsərlərinin Vattonun əsərlərindən xeyli aşağı olduğunu iddia ediblər. Onun rəsm və rəsmdəki vuruşları ümumiyyətlə ağıllı, lakin təmkinli sayılır. Bu xüsusiyyətləri, ehtimal ki, bir müddət oymaçı ilə məşq etməsi ilə əlaqədardır.

Rəssamın ömrünün sonuna yaxın ən yaxşı əsərlərini yaratdığına inanılır və bir çox sənət tarixçisinin sənət və təbiət arasında əlaqə yaratmaq qabiliyyətinin artdığını göstərir.

Britaniya muzeyində Lankretin qırmızı təbaşirlə çəkilmiş gözəl eskizləri var. Dörd rəsm əsəri London Milli Qalereyasında nümayiş olunur.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et