LEED ABŞ-da yaşıl binaların layihələndirilməsi, tikintisi, istismarı və saxlanması üçün standartlar toplusudur. Standartların yerinə yetirildiyini və ya aşılmasını təmin etmək üçün binaların yoxlanıldığı və müxtəlif sahələrdə balların verildiyi bir reytinq sistemidir. LEED "Enerji və Ətraf Mühitin Dizaynında Liderlik" deməkdir.

Binaların LEED sertifikatına sahib olması üçün xal qazanma yolu ilə yığılmış müəyyən sayda krediti olmalıdır. Müxtəlif səviyyələrdə sertifikatlaşdırma mövcuddur və LEED məlumatlarına əsaslanaraq Yaşıl Bina Sertifikatlaşdırma İnstitutu vasitəsilə fərdlərə müxtəlif akkreditasiyalar da verilir. Sistem ABŞ Yaşıl Tikinti Şurası tərəfindən hazırlanıb.
Mənbə: tr.411answers.com
Tərcümə etdi: Aydan İbrahimli
