Bu gün:

Corc Vaşinqton Lambert kimdir?


Avstraliyalı simvolist rəssam Corc Vaşinqton Lambert 1873-cü ildə Sankt-Peterburqda anadan olub.  1894-cü ildə rəsmlərini Sidney İncəsənət və rəssamlar cəmiyyətində sərgiləməyə başladı. 1895-ci ildə bulletin üçün rəsmlər və cizgi filmləri çəkməyə başladı.

1899-cu ildə "Qara torpaq düzənlikləri boyunca"işinə görə Vinn mükafatını qazandı. Təhsilini 1900-cü ilə qədər Sidneydəki Julian Ashton incəsənət məktəbində davam etdirdi. Daha sonra Yeni Cənubi Uels hökumətindən Turizm təqaüdü aldı. Bir il Parisdə qaldı və Kral Akademiyasında bir sərgidə iştirak etdi.

1911-ci ildə "Sonnet"rəsminə görə Barselonadakı beynəlxalq sərgidə gümüş medal qazandı. Daha çox portret rəssamı kimi tanınırdı. Birinci Dünya müharibəsi zamanı Avstraliyanın rəsmi rəssamı oldu.

Onun 1915 - ci ildə çəkdiyi "Çanaqqalada Anzak enişi" əsəri Avstraliya Hərbi Tarix Muzeyinin kolleksiyasındakı ən böyük rəsm əsəridir. Digər diqqətəlayiq əsəri, Fələstindəki səyahətlərindən sonra Londonda yazdığı "işıq at çavuşu" dur.

Lambert 1921-ci ildə Avstraliyaya qayıtdı. 1922-ci ildə Kral Akademiyasının üzvü seçildi. 1927-ci ildə "xanım Murdoch"adlı işinə görə Avstraliyanın ən prestijli portret mükafatı olan Archibald mükafatını qazandı.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et