Bu gün:

Julian Onderdonk kimdir?


Amerikalı impressionist rəssam Julian Onderdonk 1882-ci ildə Texasın San Antonio şəhərində anadan olub. Cənubi Texasda böyüyən sənətçi naxış və rəsm çəkməyi çox sevirdi. Yeniyetmə ikən, o vaxt San Antonioda yaşayan məşhur Texas rəssamı Verner Moore Uaytdan təsirləndi. Müəyyən dövrlərdə də ondan dərs alırdı. Daha sonra 1900-cü ildə məzun olduğu Qərbi Texas Hərbi Akademiyasına- indi Texas episkopal məktəbinə daxil oldu.

19 yaşında, səxavətli qonşusunun köməyi ilə amerikalı impressionist Uilyam Merritt Chase-dən öyrənmək üçün Texasdan ayrıldı. Julianın atası Robert bir vaxtlar Chase ilə işləyirdi.

Rəssam 1901-ci ilin yayını Long Island-da Chase Shinnecock Hills Yay incəsənət məktəbində keçirdi. Bir neçə il Chase ilə çalışdı və sonra karyerasını davam etdirə biləcək bir sənətçi olmaq üçün Nyu-Yorka köçdü. Nyu-Yorkda Gertrude Shipman ilə tanış oldu və evləndi və tezliklə bir oğlu oldu.

Rəssam 1909-cu ildə San Antonioya qayıtdı və bu dövrdə ən yaxşı əsərlərini tamamladı. Ən populyar əşyaları mavi papaqlı mənzərələr idi.

Onderdonk 27 oktyabr 1922-ci ildə San Antonioda öldü. İşlədiyi Atelye bu gün Vitte Muzeyinin ərazisində yerləşir.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et