Bu gün:

Preston Diskinson kimdir?


Amerikalı  rəssam Preston Dickinson 1889-cu ildə Nyu-Yorkda anadan olub. Atası Həvəskar  rəssam idi və Preston 11 yaşında ikən atası  vəfat etdi. 1906–cı ildən 1910-cu ilə qədər Dickinson Nyu-York rəssam tələbələri Liqasında Uilyam Merritt Chase və Ernest Louson ilə birlikdə təhsil aldı. 1910-1914-cü illərdə Julian Akademiyasında və Parisdəki Gözəl Sənətlər Məktəbində çalışdı, əsərləri  Paris Salonunda sərgiləndi.


1914-cü ildə I Dünya müharibəsinin başlaması ilə Dickinson Amerikaya qayıtdı. İlk fərdi sərgisini 1923-cü ildə keçirdi. 1925-1926-cı illərdə Qvebekdə yaşadı, burada mənzərələr və küçələrin rəsmini  çəkdi. Dickinson amerikalı modernist kimi bir nüfuza sahib idi, buna görə əsərləri özəl və dövlət kolleksiyalarına düşdü. 1930-cu ildə İspaniyaya köçdü və orada ikən öldü.

Rəssam Amerika sənayesinə və sənaye obyektlərinə diqqət yetirən ilk Amerika rəssamlarından biri idi. Avanqard sənət cərəyanlarından da təsirlənən Dickinson, əsərlərində texnologiyanın və sənaye inkişafının faydalarını şübhə altına almağa çalışdı.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et