Bu gün:

Süni intellekt nədir?


Süni intellekt maşınlara insan kimi tapşırıqları yerinə yetirmək, təcrübədən öyrənmək və yeniliklərə uyğunlaşmaq imkanı verən sistemlərdir.

Süni intellekt, əsasən, insan bacarıqlarını inkişaf etdirmək və onlara töhfə vermək məqsədi daşıyır. Şirkətlər sektordan asılı olaraq müştəri xidmətlərindən tutmuş təchizat zəncirinin idarə olunmasına qədər müxtəlif sahələrdə süni intellektdən istifadə edirlər. 

Süni intellekt sadəcə olaraq müəyyən tapşırıqları yerinə yetirmək üçün insan zəkasını təqlid edən və topladıqları məlumatları təkrarlayaraq özünü təkmilləşdirə bilən sistemlər kimi müəyyən edilir. Süni intellekti günümüzün texnologiya sistemlərindən fərqləndirən ən mühüm xüsusiyyət onun insan zəkasını təqlidetmə qabiliyyətidir. Bu sistem mövcud vəziyyətləri müşahidə edir, müvafiq vəziyyəti əvvəlcədən müəyyən edilmiş parametrlər üzrə emal edir və buna uyğun reaksiya verir. 

Bu prosesdə süni intellekt vəziyyətlə bağlı məlumatları sürətli, interaktiv və ağıllı alqoritmlərlə birləşdirərək emal edir. 

Süni intellektin tarixi 1956-cı ildə ortaya atılan süni intellekt termini məlumatların həcminin artırılması, alqoritmlərin və hesablamaların inkişafı kimi elm və texnologiyanın inkişafı ilə bu gün daha populyarlaşıb. İlkin mərhələlərində süni intellektlə bağlı araşdırmalar problemin həlli və simvolik üsullar kimi məsələlərlə bağlı idi. Sonrakı dövrlərdə maşın öyrənməsi ilə inkişaf edən süni intellekt nitqi, şəkilləri və məlumatları tanımaq, proqnoz vermək kimi əməliyyatları yerinə yetirməsini təmin edən dərin öyrənmə ilə inkişaf etməyə davam edir.

Mənbə: Gtech                                                           Tərcümə etdi: Fatimə Şükürova


Paylaş
Şərh əlavə et