Bu gün:

“Texnika inkişaf etdikcə, daha yeni texnologiyalar ortaya çıxdıqca…”


24media.az-ın “1 sual, 1 cavab’’ rubrikasının növbəti müsahibi nəqliyyat eksperti İlqar Hüseynlidir. O, yeni texnologiyaların nəqliyyatın gələcəyində hansı rol oynayacağı haqda fikirlərini bölüşüb.

-Sizcə, avtonom nəqliyyat vasitələri və elektrikləşdirmə kimi yeni texnologiyalar nəqliyyatın gələcəyində hansı rol oynayacaq?

Ümumiyyətlə, nəqliyyatın gələcəyi deyilən məsələnin özündə bir az mürəkkəblik var. Nəqliyyatın gələcəyi həm elektrikləşmədən, həm də müasir texnologiya sistemlərinin tətbiqindən ciddi şəkildə aslı olacaq. Məncə, dəniz və okean üzərində daha çox istifadə olunan nəqliyyat sistemlərinin intensivləşdirilməsi hallarını müşahidə edəcik. Çünki artıq bu tendensiyalar var. Təsəvvür edin ki, Bayıldan Əhmədli istiqamətində və yaxud Bayıldan şəhərin digər istiqamətinə hərəkət etmək üçün Xəzər dənizi unikal bir vasitədir. Birbaşa əyləşirsən və şəhərin başqa yerindən çıxırsan. Tıxaclardan azad olursan. Yaxud elektromobil istifadə olunmağa başlayıb, və elektromobilərin atmosferə vurduğu təsir, zərərli qazlar bir o qədər çox deyil, demək olar, yoxdur.

Beləliklə, mən düşünürəm ki, texnika inkişaf etdikcə, daha yeni texnologiyalar ortaya çıxdıqca, biz bu benzin, dizel yanacağı olan nəqliyyat vasitələrindən artıq imtina edəcəyik. Və yeni bir dönəm başlayacaq. Məsələn, avtobusların yığışdırılması çox real görünür. Azərbaycanda artıq tramvay yollarının bərpası görünülür. Dəniz yolunun inkişaf etdirilməsi ilə bağlı ideyalar var. ABŞ-də uçan taksilər sınaqdan keçirilir. Dronların sxeminə bənzəyir. Yəni texnologiyaların tətbiqi gələcəkdə tədricən müasir nəqliyyata keçirilməsinə yardımçı olacaq. O cümlədən, mən düşünürəm ki, skuterlər, velosipedlər elə inkişaf edəcək ki, gələcək zamanda bu keçidə start veriləcək. 

Leyla Əliyeva

Paylaş
Şərh əlavə et