Bu gün:

Preston Dickinson kimdir?


Amerikalı  rəssam Preston Dickinson 1889-cu ildə Nyu-Yorkda anadan olub. Atası həvəskar bir rəssam olub. Preston 11 yaşında ikən atası  vəfat edib. 1906–cı ildən 1910-cu ilə qədər Dickinson Nyu-York rəssam tələbələri Liqasında Uilyam Merritt Chase və Ernest Louson ilə birlikdə təhsil alıb. 1910-1914-cü illərdə Julian Akademiyasında və Parisdəki Gözəl Sənətlər Məktəbində çalışıb, əsərləri  Paris Salonunda sərgilənib.

1914-cü ildə I Dünya müharibəsinin başlaması ilə Dickinson Amerikaya qayıdıb. İlk fərdi sərgisini 1923-cü ildə keçirib. 1925-1926-cı illərdə Qvebekdə yaşayıb, burada mənzərələr və küçələrin rəsmini çəkib. Dickinson amerikalı modernist kimi bir nüfuza sahib idi, buna görə əsərləri özəl və dövlət kolleksiyalarına düşmüşdür. 1930-cu ildə İspaniyaya köçüb və orada ikən ölüb.

Rəssam Amerika sənayesinə və sənaye obyektlərinə diqqət yetirən ilk Amerika rəssamlarından biri olub. Avanqard sənət cərəyanlarından da təsirlənən Dickinson əsərlərində texnologiyanın və sənaye inkişafının faydalarını şübhə altına almağa çalışıb.

Mənbə: istanbulsanatevj

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et