Bu gün:

Sosial media platformaları gələcəkdə hansı rol oynayacaq?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi sosial media məsləhətçisi Ələmdar Manafovdur. O, sosial medianın həyatımıza təsiri haqqında fikirlərini bölüşüb. 


-Sizcə, sosial media platformaları gələcəkdə hansı rol oynayacaq?




Günümüzdə sosial şəbəkələrdən çox aktiv şəkildə istifadə olunur. Bəzi insanlar məlumatları daha tez əldə etmək üçün daxil olur, digər insanlar isə öz biliklərini paylaşaraq cəmiyyətə faydalı olur. Təlim zamanı bizə çox sual gəlir ki, bəs biz satış edə bilərik? Çünki insanlara həmişə satış deyəndə onu real olaraq görüb almaq istəyirlər. Amma indiki zamanda sosial şəbəkələr bunu bizim üçün asanlaşdırıb və istənilən yerdə oturub, istənilən məlumatı əldə edərək məhsul ala bilərik.

Əvvəllər insanlar qəzet, tv və saytlardan xəbəri alırdı. Amma indi daha çox gənc nəsil xəbərləri sosial şəbəkələrdə olan xəbər səhifələrindən oxuyurlar. Cəmiyyətdə bəzi insanlar yeniliyi qəbul etmək istəmir, amma zamanla görünür ki, yeni gələn gənc nəsil daha tez uyğunlaşır və tez uğur qazanır. Çünki sosial şəbəkələrin köməkliyi ilə insan özünü tez tanıda bilər, amma əlbəttə ki, burada paylaşım etdiyimiz mövzulara diqqət etməliyik, çünki  bizim şəxsiyyətimiz formalaşır və insanlar bizi olduğumuz kimi tanımalıdır. Ən əsası çalışmalıyıq ki, sosial şəbəkələrdə bildirişlər sönülü olsun. Niyə? Çünki bildirişlər aktiv olsa, sosial şəbəkələr bizi idarə edəcək, amma biz bildirişləri sönülü etsək, biz onları idarə edəcəyik və bizə lazım olanda onlardan istifadə edəcəyik.

Günay Ələsgərova

Paylaş
Şərh əlavə et