Bu gün:

Quyruqsuz meymunlar-Bonobolar


Bonobolar şimpanzelər və hominid1 ailəsinin digər üzvləri ilə müqayisədə ən az tədqiq edilmiş və zəif tanınan növlərdir. Digər növlər 20-ci əsrin əvvəllərindən bəri yaxından tədqiq edilsə də, bonoboları müşahidə etmək səyləri yalnız 1970-ci illərdə başladı. Bunun bir səbəbi, onların yalnız Konqo Respublikasında müəyyən bir bölgədə yaşamalarıdır.

Digər səbəb isə son vaxtlara qədər ayrı bir növ deyil, şimpanzenin alt növü hesab edilmələridir. Fərqli bir növ olaraq qəbul edildikdən sonra, nəqliyyat çətinlikləri xaricində, Konqo Respublikasındakı siyasi qarışıqlıq müəyyən dövrlərdə o bölgədə araşdırma imkanlarını qeyri-mümkün etdi. Nəticədə, bonoboların sosial həyatı digər hominid növlər qədər ətraflı şəkildə bilinmir.

Ancaq bonobolar yaxın zamanlarda kəşf edilsə də; Mövcud sosial iyerarxiyaları dəstəkləyən arqumentləri birdən-birə alt-üst edir, məsələn, insanların ən yaxın qohumlarının daim hakimiyyət uğrunda mübarizə aparan “qatil şimpanzelər” olması, kişi üstünlüyünün bizə ən oxşar olan digər növlərdə də mövcud olması və s. Bonobolarda kişi hökmranlığı olmadığı üçün icma daxilində və qonşu icmalarla münaqişələr daha çox döyüşməklə deyil, sevgi ilə yaxınlaşmaqla həll olunur. Üstəlik, üz-üzə sevişməyə üstünlük vermələri, bir-birlərinin gözlərinin içinə baxaraq bir-birlərini anlamağa çalışmaları, dişilərin mastürbasyon etmələri və çıxardıqları səslərlə həzz aldıqlarını göstərmək kimi şimpanzelərdən daha çox insana xas xüsusiyyətlərə malikdirlər. sevgi. Bundan əlavə, onların dil və ünsiyyət bacarıqları şimpanzelərdən üstündür. Empatiya nümunəsi onların çatdıqları səviyyəni göstərir: Əvvəllər ABŞ-da bonobolardan nəcis nümunələri toplayan tədqiqatçı orada Avropada tanıdığı bir bonobo ilə qarşılaşdı və bu bonobo dərhal onu xatırlayaraq ona öz nəcisini təklif etdi. Necə düşünürsünüz, onları şimpanzelərdən fərqləndirən xüsusiyyətlərə daha ətraflı nəzər salmağa layiq deyillərmi?3

Şimpanzelər də əsasən yağış meşələrində yaşasalar da, bonoboların yaşadığı yağış meşələri qida üçün daha çox meyvə və bitki təmin edir. Bonobolar həşəratları və bəzi kiçik heyvanları yeyirlər, lakin bu, onların ümumi pəhrizinin təxminən yüzdə birini təşkil edir. Şimpanzelər kiçik meymunlar da daxil olmaqla daha çox heyvan növünü ovlayır və faizlə daha çox heyvan qidası istehlak edirlər. Bonoboların yaşadığı meşələrdə böyük meyvələrə rast gəlmək mümkündür, şimpanzelər isə ümumiyyətlə banan, əncir və ya sitrus meyvələri kimi daha kiçik meyvələri yeyirlər. Erkək şimpanzelər meymunları ovlayır və ətini paylaşırlar. Yayaraq xırda meyvələr axtarırlar, meyvəsi çox olan ağac varsa, onu tapan başqalarını çağırır, orda pay yoxdur. Bonobolar isə yetişmiş və ağacdan düşmüş iri meyvələri paylaşmalıdırlar.

 Təkamül yolu ilə dəyişən fiziki xüsusiyyətlər baxımından ən əhəmiyyətli fərq dişi şimpanzelərin cinsi orqanlarının yalnız yumurtlama dövründə şişməsi, bonobolarda isə bunun daha uzun müddət ərzində görünməsidir. Bundan əlavə, bonoboda yumurta qoyma müddəti daha uzundur. Bu dövrlər xaricində, dişi bonobolar hələ məhsuldar olmasalar da, doğumdan təxminən bir il sonra eyni şişkinliyi göstərirlər. Ancaq şimpanzelər kimi 4 il ana südü ilə qidalanırlar və bu dövrdə yumurtlama olmurlar. Bunu nəzərə alsaq, fərq daha da vacib olur. Dişi şimpanzelər ümumiyyətlə yetkin həyatlarının yalnız beş faizi cinsi əlaqədə olsalar da, bonobolarda əlli faiz daha yüksəkdir. Buna görə də, yetkin kişilərin müəyyən bir qrup daxilində cinsi əlaqədə ola biləcəyi qadınların sayı bonobolarda daha yüksəkdir və bu, kişilər arasında rəqabəti azaldır (lakin bunu tamamilə aradan qaldırmaq üçün kifayət deyil). Təkamül nöqteyi-nəzərindən bu, maraqlı və müstəsna bir vəziyyətdir. Çünki demək olar ki, bütün heyvan növləri dişinin yumurtlamadığı (və buna görə də məhsuldar olmadığı) bir vaxtda heteroseksual cinsi əlaqəyə enerji sərf etmir. Ancaq burada qənaət əldə olunsa da, kişilər arasında rəqabət böyük enerji itkisinə səbəb olur. Bir çox meymun və hominid növlərində erkəklər lider olaraq dişilərə daha çox çıxış əldə etmək üçün daim bir-birləri ilə mübarizə aparırlar. Bu məqsədlə erkək şimpanzelər öz qrupları daxilində müəyyən aralıqlarla bir-birləri ilə münaqişəyə girərək bir-birlərini yaralayır və digər qruplarla döyüşlərdə ölümlər baş verir. Bundan əlavə, liderlik döyüşündə qalib gələn kişi dişilərin övladlarını öldürərək onları cinsi əlaqəyə hazır edə bilər.

Mənbə: ekoloji.org

Tərcümə edən: Gülay Qəribova

Paylaş
Şərh əlavə et