Bu gün:

Astiqmatizm nədir?


Kornea (gözün ön hissəsindəki şəffaf təbəqə) gözə gələn şüaları sındırır. Gözün aydın görməsi üçün bu sınmış şüalar gözün arxasındakı tor qişaya fokuslanmalıdır. Əgər göz şüaları retinaya yönəldə bilirsə, gözün refraktiv funksiyası normal şəkildə baş verir. Əgər şüalar tor qişaya fokuslanmırsa və bulanıq görüntü yaranırsa, refraktiv qüsur yaranır.

Astiqmatizm gözümüzün ən ön şəffaf təbəqəsinin (kornea) anadangəlmə deformasiyasıdır. Astiqmatiklər həm uzağı, həm də yaxını bulanıq görür, obyektləri aydın və düzgün görə bilmirlər. 

Astiqmatizmin səbəbləri nələrdir?

 Astiqmatizm, buynuz qişanın normal olaraq portağal kimi yuvarlaq bir formaya malik olması, lakin yumurta kimi elliptik formaya malik olmaması səbəbindən baş verir. Astiqmatizmi olanlar baxdıqları nöqtə formalarını kənarları uzanmış və dağınıq şəkildə görürlər. Astiqmatizm gözün işığa fokuslanması ilə bağlı sadə bir problemdir. Adətən anadangəlmə olur və miyopi və ya hipermetropiya ilə müşahidə edilə bilər. 

Digər səbəb isə göz zədəsi və ya göz əməliyyatından sonra inkişaf edə bilər. Astiqmatizmin dərəcələri hansılardır? Astiqmatizm zamanla demək olar ki, eyni qalır, əhəmiyyətli bir artım və ya azalma yoxdur. Astiqmatizm zəif işıqda oxumaqla, televizora çox yaxından baxmaqla və ya gözlərini qıymaqla pisləşmir.

Mənbə: Acibadem

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et