Bu gün:

Sınıq ürək sindromu nədir?


Sınıq ürək sindromu nədir?

Stressdən qaynaqlanan kardiomiyopatiya olaraq da bilinən "Broken Heart" sindromu emosional və ya fiziki stress nəticəsində yaranan bir vəziyyətdir. Bir insanın emosional vəziyyətinə mənfi təsir göstərən hadisələr, məsələn, sevilən birindən ayrılma və ya onu itirmə, aldatma, travmalar, şoklar, depressiya, stresli diş çəkmə və ya sevincli xəbərlər (övlad sahibi olmaq, bonus qazanmaq və s.) bu sindroma səbəb ola bilər. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir.

İnsana emosional təsir göstərən bu hadisələr ürəyin işinə də təsir edir və onun tarazlığını pozur. Stress hormonlarının həddindən artıq ifrazı ilə adrenalin hormonu artır və xoşbəxtlik hormonu olan endorfinin ifrazı azalır. 

Ürəyin işində anormallıqlar baş verir. Bu dəyişikliklər maddələr mübadiləsinə təsir edir və insanda bəzi əlamətlər yaranır. Ən çox görülən simptomlar ürək döyüntüsü, nəfəs darlığı, döş qəfəsində sıxılma və ağrıdır. İnsanlar bunu infarkt kimi yaşasalar da, Broken Heart Sindromunda koronar arteriya tıxanması yoxdur. EKQ və aparılan qan analizlərində iki xəstəlik arasında fərqlər var. Buna görə də müayinələr aparılmazdan və simptomlar görünməzdən əvvəl insana ani emosional dəyişikliklərə səbəb olan bir hadisə ilə qarşılaşıb-qarşılaşmadığını soruşmaq lazımdır.

Qırıq ürək sindromunun ürəyə ciddi təsirləri olduğu görünsə də, müalicəsi mümkün olan bir xəstəlikdir və təsirləri qısa zamanda öz-özünə yox olur.

Sınıq ürək sindromu necə müalicə olunur?

Sınıq ürək sindromunun müalicəsində dərman müalicəsi və yaxud həyat dəyişiklikləri tövsiyə olunur.

Dərman müalicəsi: 

Qan təzyiqi problemlərinin qarşısını almaq, qan laxtalanması və stress hormonlarını tənzimləmək üçün müxtəlif dərmanlar verilə bilər. Ürək əvvəlki kimi işləyə bildikdə bu müalicə tamamlanır.

Həyat Dəyişiklikləri: 

Stressi idarə etmək və öhdəsindən gəlmək və daha rahat bir insan olmaq vacibdir. İnsan bu bacarıqları əldə etmək, emosional və fiziki sağlamlığını artırmaq üçün istiqamətləndirilə bilər. Bu baxımdan şəxsə psixoterapiya və yaxud müxtəlif fiziki fəaliyyətlərə istiqamətləndirilə, hobbi, nəfəs alma və istirahət texnikaları tövsiyə edilə bilər. Həyatınızda stress yaradan şeylərdən uzaq durmağınız, müsbət və dəstəkləyici əlaqələr qurmağınız da tövsiyə edilir.

Mənbə: Prof. DR. Kemal Arıkan 

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et