Bu gün:

Daisugi Texnikası


Daisugi Texnikası adını yerli yapon xalqı sayəsində alıb. Əsrlər əvvəl öyrənilən bu texnikanın məqsədi təbiəti məhv etmədən ağac istehsalının davam etdirilməsini təmin etməkdir. Digər tərəfdən Yaponiyada meşələrin məhv edilməsinin də qarşısını alır. Texnikanı tətbiq etmək üçün sidr ağaclarından istifadə olunur. 

Ağac istehsalı artan ağacların gövdəsinə toxunmadan budaqların tez-tez budanması ilə təmin edilir. Bu texnika sayəsində Yaponiya öz qıt meşələrini qoruyub saxlamışdır. Və bununla da təbiətə zərər vermədən insanların ağaca daimi ehtiyacı ödənilir. Texnikanın məqsədi budur, və hələ də Yaponiyada texniki məqsədləri üçün istifadə olunur.

Daisugi Texnikasının yaranması

Daisugi Texnikası 14-15-ci əsrlərdə Yaponiyanın Kioto şəhərində yaranıb. O dövrdə Yaponiyanın səthi qədər böyük meşə sahələri nadir idi. Meşə sahələrinin azlığı orada yaşayan yerli əhalini narahat edirdi. Nəticədə Yaponiyada ekoloji tarazlığı pozmayan faydalı texnikalar tapmaq üçün araşdırmalara başlanılıb. 

Davam edən araşdırmalar nəticəsində "davamlı meşəçilik" mənasını verən Daisugi Texnikası ortaya çıxdı. Bu texnikanın kəşfi ağacdan istifadənin yüksək olduğu Yaponiyanın yerli xalqına böyük töhfə verdi. Beləliklə, yaponların hörmət etdiyi yaşayış yerlərinə, yəni təbiətə zərər vermədən insanların ehtiyac duyduğu taxta-şalban miqdarı qarşılanmağa başlandı. Ancaq bu texnikanı tətbiq etdikdən sonra ağacın meyvə verməsini uzun müddət gözləmək lazımdır. Ömrü min il olan bu sidr ağaclarının yeganə dezavantajı budur.

Bəs niyə Sidr ağacı?

Yaponiya əhalisinin çoxluğu və meşə sahələrinin olmaması səbəbindən qədim yaponlar hansı ağacın daha uzunömürlü və memarlıq baxımından uyğun olduğunu araşdırmağa başladılar. Aparılan tədqiqatlar nəticəsində bu kriteriyalara cavab verən ağacın Yapon sidr ağacı olduğu üzə çıxıb. Bu ağac bir anda əkilir. Budaqları isə meyvə kimi kəsilib ağaca çevrilir. Bu səbəbdən sidr ağacları bu texnikanın əvəzsiz elementidir. Belə ki, qıt meşə sahələrinə toxunmadan insanların ehtiyaclarından olan evlər, ibadət yerləri, bağ divarları, bədii motivlər və bu kimi memarlıq tikililəri sidr ağaclarının budaqlarından qarşılanır. Beləliklə, təbiətə heç bir zərər dəymir. Ancaq Daisugi Texnikası gözəl bir texnika olsa da, yuxarıda dediyimiz kimi, bu texnikanın effektiv olması üçün böyük səbr tələb olunur.

Mənbə: insancaakademi

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et