Bu gün:

Angelika Kaufmann kimdir?


İsveçrəli neoklassik rəssam Angelika  Kaufman 1741-ci ildə Chur şəhərində anadan olub. Özü də rəssam olan Johann Joseph Kaufmanın  ailəsində dünyaya gəlib. Çox gənc yaşlarından istedadlı olan Angelika  musiqiçi və sənətkar idi. İlk rəsmlərində Henri Gravelo və François Boucherin  fransız rokokkosuna aid  əsərlərindən təsirləndi . 



1754 və 1763-cü illərdə İtaliyanı ziyarət etdi və Romada Anton Rafael Mengsin neoklassik işlərindən ilhamlandı.

1766-cı ildə ingilis səfirinin həyat yoldaşı Lady Ventvort tərəfindən Londona dəvət edildi. Yaxşı qarşılandı və xüsusilə, kral ailəsinə xidmət etdi. Sir Joshua Reynoldsun yaxın dostu oldu. 

Kral Akademiyasının qurulmasının təşəbbüskarı oldu və 1769-cu ilin ilk kataloqunda üzv olaraq siyahıya alındı. Qurucu üzv olan iki qadından biri idi. 1770-ci illərdə Adəm firması tərəfindən dizayn edilmiş İnteryer dizaynında iştirak etdi. İkinci həyat yoldaşı Venesiya rəssamı Antonio Zucchi ilə birlikdə 1780-ci illərin əvvəllərində Romaya köçdü.

Kaufmanın pastoral və mifoloji əsərləri, əsasən, tanrı və tanrıçaları təsvir edir. Onun rəsmləri neoklassik pozalar və mövzulara malik olsa da, ton və yanaşma baxımından rokokko üslubundadır. Kaufmanın qadın portretləri onun ən yaxşı əsərlərindən biridir.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et