Bu gün:

Eden Upton Eddis kimdir?


İngilis akademik rəssam Eden Upton Eddis 1812-ci ildə Nyuington Freedə anadan olub. Eden 1828-ci ildə Kral Akademiyasının məktəbinə daxil oldu.  25-70 yaş arası əsərləri mütəmadi olaraq Kral Akademiyasında sərgilənib (1837-1881). 1831-ci ildə gümüş medal qazandı. Rəssam məşhur insanların portretləri ilə məşhurlaşın; Londondakı Milli Portret qalereyasında Uoker Hodgsonun  portreti var. 

 

Yeniyetmə ikən dostu James Holland ilə qitəni gəzmiş və əsərlər hazırlamışdır. 1848-ci ildə peşəkar həyatının çox hissəsini yaşadığı Harley Streetdə keçirmişdir. 

1883-cü ildə Eddisin sağlamlıq problemləri artırmış. Elə həmin il daha əsərlərini sərgiləməməyə qərar vermiş və Guildford yaxınlığındakı Shalforda köçmüşdür. Səhhəti yaxşılaşandan sonra 1901-ci ilə qədər dostlarının portretlərini və çiçəklərini çəkməyə davam etmişdir. Şəxsiyyəti və söhbəti onu tanıyan hər kəsi valeh etmişdir. Xüsusilə, gənclər arasında çox sevilirmiş. Elizabeth Braun ilə evlənmiş və bir oğlu, bir də qızı olmuşdur. 

Portretlərində tarixçi Lord Macaulay, arxiyepiskop Sumner, esseist və modelyer-din xadimi Sidney Smith, heykəltəraş Francis Leggatt Chantry və orijinal Tezaurusun tərtibçisi Peter Mark Roget təsvir edilmişdir. 1901-ci ildə Guildford yaxınlığındakı Şalfordda vəfat etmişdir.

Rəssamın 100-dən çox əsəri Milli Portret qalereyasında, 30-a yaxın rəsm əsəri isə şəxsi kolleksiyalardadır.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et