Bu gün:

Azərbaycanda kredit ilə bağlı məsələyə ekspert baxışı "1 sual, 1 cavab"


24media.az-ın  "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovdur. O, Azərbaycanda kredit məsələləri  haqqında danışıb.

-Azərbaycanda vətəndaşların kredit götürə bilməsi ilə bağlı məsələlər nə vəziyyətdədir?

-Azərbaycanda kredit iqtisadi cəhətdən əlçatandır. Əlçatanlıq dedikdə, heç kəs asan şəkildə banka gedib, pul məbləği götürə bilməz. Əlçatanlıq o deməkdir ki, maliyyə göstəriciləri uyğun olan şəxs bankdan kredit götürə bilər. Bunun üçün şəxsin rəsmi gəliri olmalıdır, ailəsini təmin etməyə kömək edən minimum gəliri olduğu təqdirdə kredit ödəniş qabiliyyətinə malik olur. Hətta banklar həmin müştəri uğrunda bir-biriləri ilə rəqabət aparırlar.  

Azərbaycanın bir çox böyük bankları həddindən artıq pul məbləğinə malik olsalar da, kredit verməyə vətəndaş tapa bilmirlər. Bunun əsas səbəbi sahibkarların, biznes şirkətlərinin maliyyə ilə bağlı problemlərə sahib olmasıdır. Bəzən bankın əhaliyə kredit vermədiyinə dair şikayətlərə də rast gəlirik. Bu səbəbləri araşdırdıqda isə gəlir haqqında sənədlər, rəsmi gəlirin olmaması kimi arqumentlər irəli sürürlər. Bankın bu hallarda kredit  verməyə ixtiyarı yoxdur. Bank vətəndaşa kredit verəndə öz vəsaitindən deyil, əsasən, sahibkarların, biznes şirkətlərinin banka qoyduqları əmanət pul vəsaitlərindən verir. Əks təqdirdə, kredit götürən şəxs pulu verə bilmədikdə, bankda o pulu qaytara bilmir.

Son illərdə məhz bu problemə görə bir çox banklar müflisləşib. İstənilən ölkədə də ödəniş qabiliyyəti olmayan şəxsə bank kredit vermə hüququna malik deyil. Bir nüans da qeyd etmək istəyirəm ki, şəxs qeyri-rəsmi işə yaxud da gəlirə sahib olduğu təqdirdə bankdan kredit ala bilmir.

Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et