Bu gün:

Kuno Amiet kimdir?


İsveçrəli impressionist rəssam Kuno Amiet 1868-ci ildə Solothurnda anadan olub.

1884-cü ildə atasının dostu rəssam Frank Buchser ilə tanış olur. Frank Buchser, atasının etirazlarına baxmayaraq Amieti  sənətkar olmağa inandırır. 1886-cı ildə dostu Paul Demme ilə birlikdə Münhendə akademik təhsil almağa gedir. Akademiyada Kaspar Ritter, Gabriel Hakl, Karl Raupp və Nikolaus Gysin ilə təhsil aldı.

Bununla birlikdə, ən əhəmiyyətli qarşılıqlı əlaqə, 1887-ci ildə İsveçrə sənətçisi Giovanni Giacometti ilə qarşılaşması nəticəsində meydana gəldi. O vaxtdan bəri eyni yaşda olan iki sənət tələbəsi ömür boyu dostluq etdi. Kuno Amiet Münihdəki Gənc İsveçrə rəssamları Birliyinin üzvü oldu. 1888-ci ildə Amiet və Giacometti Parisdəki "Julian Akademiyası" nda təhsillərini davam etdirməyə qərar verdilər. Bir otaqlı mənzili paylaşaraq təhsillərini davam etdirdilər.  O 1892-ci ildə Pont Aven balıqçı şəhərinə köçdü. Burada Paul Gauguin əsərləri ilə tanış olur.

Bundan əlavə, pointilizmlə maraqlandı və  rəngin təmiz və güclü istifadəsi ilə tanış oldu. 1893-cü ildə maddi səbəblərdən İsveçrəyə qayıtmaq məcburiyyətində qaldı. Özünü dekorativ rəssam kimi göstərdi və Solothurnda, daha sonra Hellzau-da çalışdı. Bazel Kunsthallda açılan ilk sərgisi çox tənqidlərə səbəb oldu.

1893-cü ildə simvolizmindən təsirləndiyi Ferdinand Hodler ilə tanış olur. 1931 -ci ildə Münhen Glaspalastındakı yanğın zamanı 50-ə yaxın əsəri yandı, lakin sənətçi ruhdan düşmür və yeni əsərləri ilə itkini kompensasiya etmək üçün mübarizə aparır.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et