Bu gün:

Jens Yuel kimdir?


Danimarkalı akademik klassik rəssam Jens Yuel 1745-ci ildə Falsterdə anadan olub.  Kiçik yaşlarından rəssamlığa maraq göstərdiyinə görə  valideynləri onu beş il  rəssam Johann Michael Hermana  şagird olaraq  Hamburqa göndərdilər. O, bu təlimdən sonra portretlər və janr şəkilləri çəkərək həyatına davam etdi.

İyirmi yaşında Danimarka Kral İncəsənət Akademiyasına daxil olmaq üçün Kopenhagenə köçdü. İncil mövzularında gördüyü işlərə görə 1767-ci ildə kiçik qızıl medal və 1771-ci ildə böyük qızıl medal qazandı.


 

1772-ci ildə Kopenhagendən ayrıldı və Romaya köçdü və burada Nikolay Abildgaard da daxil olmaqla digər danimarkalı sənətçilərlə dörd il qaldı. Romadan portret mərkəzi olan Parisə köçdü. 1777-ci ildə Cenevrəyə köçdü və burada iki il dostu Charles Bonnetin evində Johann Friedrich Clemens də daxil olmaqla digər danimarkalı sənətçilərlə birlikdə yaşadı. Cenevrədə əla bir sənətkar kimi şöhrət qazandı və bir çox portret çəkdi.

Danimarka akademiyasının fəxri üzvü Bonn sayəsində adı  Danimarkaya çatdı. Hamburqda qısa bir müddət qaldıqdan sonra 1780-ci ildə Friedrich Gottlieb Klopstock ilə tanış olduqdan və portretini çəkdikdən sonra Kopenhagenə qayıtdı. Burada kral evi, zadəganlar üçün portretlər çəkdi, mənzərələr və janr rəsmləri çəkdi və xalq rəssamı olaraq çalışdı.

 Rəssam 4 aprel 1782-ci ildə Mandelberg, Vaidenhaupt və Abildgaard yekdilliklə onu Danimarka Akademiyasına üzv seçdilər. Akademiyanın direktoru oldu və 1795-ci ilə kimi - ölümünə qədər bu vəzifədə çalışdı.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi : Aysu Əsədova

Paylaş
Şərh əlavə et