Bu gün:

İvan Sidorenko


Bu gün biz əsl sənəti rəssam olan, Qırmızı Orduya girərək özünü düşmən öldürmə maşınına çevirən və əsl istedadının “insanları öldürmək” olduğunu kəşf edən bir şəxsdən danışacağıq: Tək başına 500-dən çox insanın ölümünə səbəb olan snayper İvan Sidorenko. 


1919-cu il sentyabrın 12-də kiçik bir kənddə anadan olan İvan Sidorenko məktəb illərində rəssamlığa maraq göstərən tələbə olub. Orta məktəbi yarımçıq qoyub Penza İncəsənət Kollecinə daxil olan Sidorenko II Dünya Müharibəsi başlayanda Qırmızı Orduya qoşuldu.

1939-cu ildə Qırmızı Orduya qatıldıqdan sonra Sidorenkonun həyatında böyük dəyişikliklər oldu və zaman keçdikcə onun əsl istedadının sənətdə deyil, “insanları öldürmək”də olduğunu anladı. Ömrünü “Bir güllə, bir ölüm” devizi ilə keçirən Sidorenko İkinci Dünya Müharibəsi zamanı dünyasını dəyişib. 

İkinci Dünya Müharibəsi zamanı o, 500-dən çox insanı öldürdü və  Qırmızı Ordunun ən amansız snayperinə çevrildi.

Sidorenko 1941-ci ildə Krımda Simferopol Hərbi Piyada Məktəbində olub və orada uzaqmənzilli artilleriya qurğularının yüklənməsi və boşaldılmasına kömək edən bölməyə qoşulub.

Moskva döyüşündə iştirak etdikdən sonra Sidorenko düşünməyə başladı ki, o, müharibədə daha fəal iştirak etməlidir. Artilleriya bölməsindəki işi başa çatdıqdan sonra gizlicə alman bölməsinin olduğu yerə gedərək heç kim tərəfindən tutulmadan faşistləri öldürürdü. O, getdikcə daha da təkminləşirdi.

Atıcılıq üçün Rusiya istehsalı olan Mosin-Nagant tüfəngindən istifadə edən Sidorenko zamanla orduda diqqət çəkməyə başladı və komandirləri tərəfindən digər əsgərlərə təlim keçmək tapşırıldı. 

Sidorenko əsgərlərindən birini özü ilə döyüş bölgəsinə aparacaq və onları orada real vaxtda münaqişəyə cəlb edəcəkdi. Bu tədqiqatlar zamanı Sidorenko ən mühüm uğurlarından birini əldə etdi. Sidorenko bir alman tankeri və üç traktoru partlatmaqla almanların irəliləməsinin qarşısını aldı və onların təchizat xətlərini dayandırdı.

Sidorenkonun hazırladığı əsgərlər Moskvanın müdafiəsində əsas rol oynadılar. Bu əsgərlər o qədər amansız idi ki, almanlar həll yolunu bütün bölgəni öz snayperləri ilə doldurmaqla tapdılar.

Lakin bu səylər heç bir nəticə vermədi, çünki Sidorenko və onun adamları alman əsgərlərindən qat-qat bacarıqlı idilər. Sidorenko qərargahda 1122-ci piyada alayının komandiri təyin edildi və orada 250-dən çox snayper hazırladı, onlardan bəziləri onun kimi çoxlu sayda insanı öldürməyə gedəcəkdi.

Sidorenkonun üç il ərzində öldürdüyü insanların sayı 500-dən çox idi və bu  "görkəmli nailiyyətləri" ona Sovet İttifaqı Qəhrəmanı adını qazandırdı. Müharibə boyu Sidorenko dəfələrlə yaralandı. Rəhbərləri onun çox dəyərli olduğunu bilirdilər və onu itirmək istəmirdilər. Buna görə də Sidorenkoya yalnız əsgərləri hazırlamaq üçün təlimatçı kimi qalmağı tapşırdılar. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra isə Sidorenko mayor rütbəsində təqaüdə çıxdı və sonra kömür mədənində usta kimi işləməyə başladı. 

Mənbə: onedio

Tərcümə etdi: Sevil İsmayılova






Paylaş
Şərh əlavə et