Bu gün:

Cazibə qanunu nədir və necə işləyir?


Kainatla insan arasındakı əlaqənin enerjiyə əsaslanan metodu cazibə qanunu adlanır. Dünyadakı bir çox insan enerjinin düzgün istifadəsi, yəni cazibə qanunu ilə xəyallarına çata biləcəklərinə inanır. Kainatın bir sirri olduğunu düşünən milyonlarla insan var və bu sirr cazibə qanunundan keçir.



1.Kainatdakı hər şey enerjidən ibarətdir

Kainatdakı hər şeyin enerjidən ibarət olduğunu nəzərə alsaq, enerji düzgün istifadə olunarsa, niyə bir çox hadisənin gedişatını dəyişdirməyək? Cazibə qanununa inanan insanlar üçün hər bir insanın həyatı kainata göndərdiyi mesajla düzgün nisbətdə hərəkət edir. Həyat, insan, heyvan və düşünə biləcəyiniz hər şeylə enerjilərinizin nisbətində əlaqə qurursunuz və onları həyata keçirirsiniz. Yəni bu enerji yalnız müsbət düşüncə sayəsində mümkündürmü? Düşüncənin neqativ və ya müsbət olmasına baxmayaraq, kainat bunu qəbul edir və reallaşdırır. Buna görə də düşüncələrimizə diqqət etmək lazımdır.

2.Həmişə istəyin

Cazibə qanununa görə kainat həyatınız boyunca enerjinizlə birlikdə soruşmaqdan qorxmayın. Daim kainatdan nə istədiyinizi söyləyin. Bunu ürəkdən və inamla etməli olduğunuzu heç vaxt unutmayın. Kainata istədiyiniz hər şeyi səsli və ya səssiz şəkildə bildirin. Bu şəkildə istəklərinizin tez bir zamanda yerinə yetiriləcəyinə inanın. İnanmaq cazibə qanunu üçün ən vacib məsələlərdən biridir. Cazibə qanununa güvənin və soruşun.




3.İstəklərinizi həmişə xatırlayın və onları bir araya gətirin

Cazibə qanunu sizinlə və enerjinizlə dəqiq təmasda olur. Buna görə nə istədiyinizi müəyyənləşdirməyiniz aydın və dəqiq olmağınız çox vacibdir. İstəklərinizi daim xatırlamağınıza kömək edəcək bir neçə üsulu sınaya bilərsiniz. Hər kəsin bildiyi kimi bu üsullardan ən təsirli olanı xəyal lövhəsidir. Bütün arzularınızı, istəklərinizi bu löhvədə birləşdirin. Böyük bir lövhə düzəldin və hər gün görə biləcəyiniz yerə qoyun. 



4. Düşüncələrinizin nə qədər dəyərli olduğunu anlayın

Cazibə qanunu düşüncələrinizin nə qədər dəyərli olduğunu anlamağa təşviq edir. Həqiqətən, inanaraq düzgün xəyallar qurmağınızı tələb edir. Enerjinizdən xəbərdar olaraq cazibə qanununa diqqətinizi yönəldin. Mənfi düşüncələrdən qurtula bilmirsinizsə, həyatınıza müsbət bir şey gətirməlisiniz. Müdaxilə etmək üçün təxirə salmayın. Əzmli xəyallar və düşüncələr bütün istəklərinizin sizə çatmasını təmin edir. 


5. Meditasiya edin

Cazibə qanununun sizin üçün işləməsini istəyirsinizsə, sözün əsl mənasında mənfi düşüncələr  və enerjidən uzaqlaşmalısınız. Təmiz havada meditasiya etmək hədəfinizə çatmağı asanlaşdıracaq. Məhz bu anda meditasiya vacibdir. Fikrinizi təmizləmək və sağlam  düşünmək üçün meditasiyanın rolu böyükdür. Şüuraltınızdakı bütün pis düşüncələri hər gün edəcəyiniz meditasiya, müsbət düşüncələrlə və şükürlərlə aradan qaldıra bilərsiniz.

6.Şükür etməyi bacarın

Cazibə qanununun sizə xidmət etməsi üçün etməli olduğunuz ən vacib şeylərdən biri həmişə minnətdar olmaqdır. Həyatınızın gözəlliyinə diqqət yetirərək bütün müsbət düşüncə və sözlərinizi görə bilərsiniz. Təsəvvür edin ki, istədiyiniz hər şey enerjidir və sizə axır. Nə olursa olsun, cazibə qanunundan  arzulayın, soruşun, hiss edin və etibar edin.

7.Xəyallarınıza sahib olmuş kimi davranın

Cazibə qanununa görə bütün istəklərinizə sanki gerçəkləşmiş kimi baxmalısınız. Nə qədər qəribə səslənsə də, enerjinizi müsbət istiqamətə yönəltməyə çox kömək edəcəkdir. Xüsusilə, xəyallarınız və istəkləriniz olduğu kimi yazaraq cazibə qanununun təsirini sürətləndirə bilərsiniz. İstədiyiniz şeyi etdikdən sonra sizdə olan müsbət enerjini və sizə verəcəyi xoşbəxtliyin təsirini düşünün və hiss edin. Məhz bu anda hiss etdiyiniz düşüncə enerjinizin cazibə qanunu ilə qarşılaşmasına kömək edəcəkdir.

Mənbə: Onedio

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et